adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Dekabr 2020 10:45
19291
MƏMLƏKƏT
A- A+

Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi - FOTO

Qazax rayon sakini, Vətən müharibəsində yaralanmış Musayev Kənan Nadir oğlunun ailəsinin ehtiyacları barədə sosial şəbəkədə yayılan məlumatla əlaqədar bildirim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları artıq həmin ailə ilə görüşüblər.

Adalet.az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov özünün "Facebook" hesabında yazıb.

Qurum rəsmisi bildirib ki, Kənanın ayağı sağaldıqdan sonra o, protezlə təmin olunacaq. Sabah isə ona əlil arabası veriləcək.

Müharibə ilə əlaqədar əlillik dərəcəsi təyin edildikdən sonra Kənana əlilliyə görə müavinət və təqaüd də təyin ediləcək: "Anası Məmmədova Məhəbbət Seyfəddin qızının işsiz olduğu nəzərə alınaraq, o artıq Nazirlik tərəfindən işlə təmin edilib".