adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Yanvar 2021 17:42
53551
HADİSƏ
A- A+

Dənizə düşən təyyarədə azərbaycanlı olmayıb - Səfirlik

İndoneziyanın paytaxtı Cakartanın hava limanından səmaya qalxan “Sriwijaya Air”ə məxsus “Boeing 737-500” təyyarəsi Yava dənizinə düşüb.

Təyyarənin göyərtəsində 56 sərnişin və 6 heyət üzvü olub. Sərnişinlərdən 46-sı böyük, 7-si uşaq, 3-ü isə körpədir.

Azərbaycanın İndoneziyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyi (XİN) ilə əlaqə saxlayaraq təyyarədə vətəndaşlarımızın olub-olmaması barədə informasiya əldə etməyə çalışıb.

Səfirlikdən verilən məlumata görə, XİN-dən təyyarədə ümumiyyətlə əcnəbilərin olmadığı bildirilib. Araşdırmalar zamanı yeni xəbərlər olacağı təqdirdə bu barədə səfirliyə məlumat çatdırılacağı qeyd olunub.

Hazırda səfirlik məsələni diqqətdə saxlayır.(azvision.az)