SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: UNUTQANLIQ QANIMIZDADI

  59220   |  
Şriftin ölçüsü  

Deyirlər ki, biz çox yaxşı millətik, çox gözəl millətik. Təbii ki, bu sözə heç bir irad ola bilməz. Bəli, biz gözəl millətik, böyük millətik, böyük xalqıq. Ən azından ona görə ki, İkinci Qarabağ Savaşında Ali Baş Komandan İlham Əliyevin ətrafında on milyonluq xalq bir yumruq kimi birləşdi.Və bir yumruq dəmir yumruğa çevrildi, ermənilərin başına necə dəydisə, özlərinə gələ bilmədilər, kamitulyasiyaya imza atdılar. Yəni təslim oldular. Bunlar hamısı bizim millətin böyüklüyü, şücaəti, möhtəşəmliyi və birliyidir. Amma bəzən elə məqamlar olur ki, nəyisə, hansı anlarısa yaddan çıxarırıq, unuduruq və uzun illər onu xatırlamaq istəmirik. Bu unutqanlıq nədənsə bəlkə də bizim qanımızda olan zəif nöqtələrdən biridir. Çünki unutqanlıq həm də özünü yaddan çıxarmaq deməkdir, keçmişini unutmaq deməkdir, dostu ilə düşməni ayırd etməmək deməkdir. Ona görə də biz daha diqqətli, daha yaddaşlı, daha güclü olmalıyıq ki, bu unutqanlıq bizi məhv eləməsin.

İndi Böyük Qarabağ Savaşında, Böyük Vətən Müharibəsi savaşında doğurdan da Azərbaycan əsgərləri, Azərbaycan zabitləri, gizirləri çox güclə, çox qüvvətli döyüşlə möhtəşəm bir qələbə qazandı. O qələbəni Azərbaycan

Ordusu, Azərbaycan Əsgəri yazdı. Mən baxıram ki, çoxlu sayda əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz orden və medallara layiq görülüb. Layiqdilər, halal xoşları olsun! Çünki onlar o orden və medalları canı və qanıyla, həyatlarıyla, qazi olmaqla qazanıblar. Əsgərlərimiz müharibə başlayanda belə bir devizlə vuruşurdular – ya qalib olaq, ya qazi olaq, ya da şəhid olaq!

Bəli, biz qalib da olduq, qazi də olduq, əsgərlərimiz şəhid də oldu. Yəni böyük bir şanlı tarix yazıldı. Bu tarix Azərbaycan əsgərinin qanıyla həkk olundu. Amma bir məqama diqqət yetirmək istəyirik ki, bu Böyük Vətən Savaşında, İkinci Qarabağ Savaşında bəzi hallarda Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Şuşada döyüşən oğlanlarımız heç də qiymətləndirilməyib. Onlar nə orden, nə medal alıblar. Heç onlar o orden və mesdalların arzusunda deyillər. Çünki onlar cəbhəyə orden medal almaq üçün yox, işğal altında olan torpaqlarımızı azad etmək üçün getmişdilər. Getdilər, o torpaqlarımızı işğaldan azad elədilər və şanlı bir zəfər tarixi yazdılar.

Amma belə baxanda adam düşünür ki, nə üçün orda döyüşən, qanını tökən, günlərlə, həftələrlə soyuqda yatan, qarda, çovğunda, küləkdə, yağışın altında heç bir şey olmadan döyüşən o əsgərlərimiz var ki, onlar da qiymətləndirilməlidir. Mənim neçə-neçə tanıdığım əsgər var ki, könüllülər var ki, onlar cəbhəyə gediblər, onlar döyüşüblər, böyük bir zəfər yolu keçiblər, amma təəssüf ki, nə orden alıblar, nə də medal alıblar. O uşaqlar heç onun arzusunda da deyillər. Amma sadəcə olaraq, o əsgərlərimiz ki, döyüşüblər, erməni ilə üzbəüz gəliblər, orda onların postunu alıblar, onların ağır texnikalarını məhv eləyiblər və yaxud da onların texnikalarını girov götürüblər, bunlar hamısı bir tarixdi, bir yaddaşdı, yeni bir mərhələdi. Ona görə də bu döyüşləri görən, bu döyüşlərdə iştirak eləyən və sağ-salamat evinə-eşiyinə, yurduna dönən o könüllülərə dəyər vermək lazımdır. Dəyər vermək lazımdır ki, sabah Vətən onları səsləyəndə yenə əlinə silah alıb, yenə əlinə Azərbaycan bayrağını alıb irəliyə getsin, Vətən deyib düşməni susdursun.

Bax, ona görə deyirəm ki, unutqanlıq bizim qanımızdadı. Təbii ki, əsgər heç vaxt özü-özünə təqdimat verə bilməz. O döyüşən əsgərlər ki, var, o vuruşan əsgərlər ki, var, onlar mükafat almayıblar, medal almayıblar, orden almayıblar, onun da bir məsuliyyəti Müdafiə Nazirliyinin hərbi hissələrinin üstünə düşür. Çünki komandirlər yaxşı bilirlər ki, orda kim necə döyüşüb, hansı yolu keçib, hansı döyüş yolunu addımlayıb və necə işlər görüb. Onlar o təqdimatı yazmalıdır ki, yuxarılarda da həmin təqdimat əsasında döyüşən əsgərlərimiz mükafatlandırılsın. Onlara orden və medallar verilsin.

Bu yaxınlarda Müdafiə Nazirliyi bəyan etdi ki, heç bir döyüşən əsgər diqqətdən kənar qalmayacaq, müharibə bitsə də onların əməyi qiymətləndiriləcək. Təbii ki, o uşaqlar ki, döyüşüblər, o uşaqlar ki, vuruşublar, onların alın təriylə torpaqlarımızı işğaldan azad etməsi yaddaşa yazılıb. Onlar Allah-Təala və xalq tərəfindən öz mükafatlarını alıblar. Bircə qalıb dövlət tərəfindən onların orden və medallarla mükafatlandırılması. Təbii ki, o döyüşən əsgərlərimiz, o vuruşan əsgərlərimiz deyilən orden və medallara layiq görülsə, orda birmənalı olaraq bir daha Azərbaycan əsgərinin nüfuzu qalxır, onların şöhrəti artır, dövlətlə xalq, əsgər arasında çox səmimi və isti münasibət yaranar.

Heç kimin qəlbinə dəymək olmaz, heç kimi incitmək olmaz. Kimin halal haqqı nədi, həmin halal haqqı həmin adama, həmin əsgərə qaytarmaq lazımdır. Əsgər son anda öz canıyla, qanıyla bu torpaq, bu vətən uğrunda döyüşə atılıbsa, bu vətən, bu xalq da o əsgəri qiymətləndirməlidir. Bunun başqa çıxış yolu yoxdur. Onsuz da bizim xalq həmişə əsgəri sevib, millətinə, xalqına xidmət eləyən Azərbaycan zabitlərini, həm şəhidləri, həm qaziləri, həm də qalibləri yüksək qiymətləndirib. Bu gün çox sevindirici haldır ki, Azərbaycan əsgərini görəndə çoxları ayağa qalxır, onlara ehtiram bildirir, onlara sevgisini bildirir və “Allah sizi qorusun!” ifadəsini işlədib onlara dualar eləyir. Əlbəttə, bu Azərbaycan əsgəridir. Biz onları sevməli və qorumalıyıq.

Bu yaxınlarda ATV kanalının “Bizimləsən” verilişində İkinci Qarabağ Savaşında qazi olan, iki gözünü və bir ayağını itirən əsgərə olan münasibəti gördük. Gördük ki, doğurdan da cəmiyyət, xalq əsgərlərimizi, qazilərimizi çox istəyir. ATV kanalı “Bizimləsən” verilişində həmin əsgəri verilişə dəvət etmişdi və ona kömək məqsədilə yardımlar, ianələr alınmasına çalışmışdı. Və bildirmişdi ki, həmin əsgərin, həmin qazinin müalicəsi ancaq İsraildə mümkündür. Bu müalicəyə isə 1 milyon 800 min manat, daha doğrusu, 800 min ABŞ dolları pul lazımdır. Və həmin pulun 400 min manatını artıq düzəldiblər, qalıb 600 min manatı. Hər bir azərbaycanlı bir-iki manat kömək eləsə, bu məsələlər tezliklə həll olunar, qazimiz gedib İsraildə müalicə olunar və sağ-salamat geri dönər.

Yenə deyirəm, bizim Azərbaycan əsgəri, Azərbaycan döyüşçüsü çox güclü, çox mərd, çox mübarizdir. Onlar nə ölümdən qorxublar, nə də ki, bu cür gözlərini, ayaqlarını itirməsindən çəkiniblər. Çünki Vətən gözdən də, ayaqdan da, bədəndən də şirin olub onlar üçün. Və Vətən yolunda onlar şəhidliyi hər şeydən üstün tutublar. Ona görə də bu cür qazilərimizi Vətən də, xalq da, millət də, sevməli, imkan daxilində hərə öz koməkliyini, maddi köməkliyini göstərməlidir ki, onlar da sağalıb öz ailəsinə, öz kəndinə, öz elinə, öz ocağına dönə bilsin və qürurla desin ki, biz bu xalqın yolunda ürəklə döyüşüb qazi olduq. Bu xalq da bizi sağaldıb Vətənə qaytardı. Bundan gözəl nə ola bilər? Xalqla dövlət, millət bir yerdə olanda, vallah, ona heç bir qüvvə təsir edə bilməz. Və bu gün şükürlər olsun ki, qüdrətli Azərbaycan dövləti var, qüdrətli Azərbaycan xalqı var, qüdrətli Azərbaycan Ordusu var. Biz bu xalqla, bu dövlətlə, bu orduyla çox möhtəşəm zirvələr fəth eləyə bilərik, necə ki, fəth elədik. Dövləti, dövlətçiliyimizi bundan sonra da qoruyub saxlaya biləcəyik. Çünki Azərbaycanın yolunda döyüşməyə hazır olan, qalib olmağa hazır olan, şəhid olmağa hazır olan, qazi olmağa hazır olan yüz minlərlə Azərbaycan oğlu var. Allah bu xalqı qorusun! Ali Baş Komandanı qorusun! Allah Odumuzu qorusun! Bu dövləti, bu milləti hifz eləsin!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21
2021-09-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK