adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
25 Yanvar 2021 15:39
44493
MARAQLI
A- A+

Ayda dinozavr izi, təyyarə ilə uçan boşqabın toqquşmaq təhlükəsi, “Elf” ildırımı

Sürix hava limanında yerə enməyə hazırlaşan təyyarənin sərnişinləri qorxulu anlar yaşayıblar. Belə ki, təyyarə səmada uçan naməlum obyekt ilə qarşılaşıb.

Sərnişinlərdən biri bu dəhşətli anları videoya çəkib.

Kadrlarda Sinqapurdan gələn hava gəmisinin enişə hazırlaşdığı görünür. Təyyarənin şassiləri artıq açılıb. Birdən təyyarə yana əyilməyə başlayır və uçan naməlum obyekt onun bir metrliyindən ötüb keçir.

Sonrada məlum olub ki, təyyarənin əyilməsi məhz bu obyektlə toqquşmadan yayınmaq məqsədi daşıyıb. Pilotlar uzaqdan yaxınlaşan naməlum obyekti görərək, son anda onunla toqquşmadan yayına və sərnişinlərin həyatını xilas edə biliblər.

Təyyarə sağ-salamat yerə enib. Hazırda müvafiq qurumlar məsələ ilə bağlı qaraşdırma aparır.

Beynəlxalq Kosmik Stansiyanın kameraları “elf” və “mavi cet”ləri çəkə bilib.

“Mavi cet ” fırtına buludlarından yuxarıya doğru atılan boru-konus şəklində göy rəngə çalan ildırımdır. Uzunluğu 40-70 kilometrə qədər olur.

“Elf”lər isə buludların səthində nəhəng konus formalı işıq saçan ildırımdır. Onların diametri təxminən dörd yüz kilometrdir. Bəzi alimlərin fikrincə, belə ildırım atmosferdəki istixana qazlarının miqdarına təsir edə bilər.

Qeyd edək ki, bu hadisələri Yer səthindən müşahidə etmək mümkün deyil.

Planetimizin yeganə peyki olan Aya ilk ayaq basan insan 1967-ci ildə NASA astronavtı Nil Armstronq olaraq bilinir.

Populyar elmi yazıçı Piter Brannen dinozavrların NASA-dan əvvəl Aya çatmış ola bilmək ehtimalının olduğunu deyib.

Onun sözlərinə görə, dinozavrlar Yer peykinə 66 milyon il əvvəl çatmış ola bilər.

Brannenin iddiasına görə, 66 milyon il əvvəl bir meteoritin səbəb olduğu dağıntılar və dinozavr parçaları kosmosa atılan torpağa qarışaraq Aya gedib.

 

Eminquey