SON DƏQİQƏ:

Övladlarınızla həqiqətən söhbət edə bilirsinizmi? - HƏYAT DƏRSİ 

  67921   |  
Şriftin ölçüsü  

Küçədə yürüyürəm. Qadın məni tanıdı və salamlaşdıqdan sonra dedi:

- Oğlum dərslərini oxumağın başını tamamilə buraxıb. Nə desəm də çifayda. Ya dostlarıyla görüşür, ya telefonda mesajlaşır, ya da kompüterdə saatlarla oyun oynayır. Nə edəcəyimi bilmirəm. Çaş-baş qalmışam. Bəlkə məsləhət verəsiniz?!

- Onunla söhbət edirsiniz?

- Vallah, söhbətləşirəm, amma xeyir eləmir.

- Neçə yaşı var?

- On yeddi

- Məsələn, nə deyirsiniz ona?

- İmtahanların yaxınlaşdığını, dərslərini hazırlaşmalı olduğunu, belə getsə, sinifdə qalacağını, dostlarından zəif olacağını, gələcəkdə peşmanlıq çəkəcəyini, amma iş işdən keçəndən sonra da peşmanlığın heç bir fayda verməyəcəyini başa salıram.

- Yəni siz söhbətləşib nəsihət verirsiniz.

- Bəli.

- Amma onun söhbət etmirsiniz.

- Vallah, bilmirəm. Biz bildiyimiz qədərilə, əlimizdən gələnin ən yaxşısını edirik. Söhbətləşirik, izah edirik, başa salırıq.

- Doğrudur, bildiyiniz qədərilə əlinizdən gələnin ən yaxşısını edirsiniz, amma danışmaq, nəsihət vermək söhbət etmək deyil. Siz söhbət etməyi bacarmırsınız, bilmirsiniz.

Qadın haqlı olaraq “nədən bəhs edirsiniz?” deyən bir üz ifadəsilə mənə baxdı.

İçim burxuldu. Ana əzab çəkirdi və övladına kömək etmək istəyirdi, amma özünü çox çarəsiz hiss edirdi.

Tələbələri valideynlərilə birlikdə məktəbə çağırdım. Məsləhətçiliyini etdiyim məktəbin kiçik teatr zalında görüşdü. Tələbələr, valideynləri əyləşdilər.

Kiçik səhnəyə çıxdım, stulda oturdum, yanıma da bir boş stul qoydum.

Zala səsləndim:

- Buradakı tələbələrdən kim mənimlə söhbət etmək istəyir?

Yuxarı qalxan əllərdən birini seçdim. Gəldi, yanımdakı stula oturdu.

- Adın nədir?

- Səlim.

- Neçə yaşın var?

- On iki.

- Bu gün ayın neçəsidir?

- 24 dekabr, 2008 (gerçək tarixdir, bu söhbəti həmin gün etmişəm).

- Səlim, gözlərini yum, mənə yaxşı qulaq as. Gözlərini açanda aradan iyirmi il keçmiş olacaq, 24 dekabr 2028-ci ildə gözünü açmış olacaqsan. Yaxşımı?

Səlim başa düşdüyünü başını yelləyərək bildirdi.

- İndi gözlərini aç.

Səlim gözlərini açdı.

- Bu gün ayın neçəsidir?

- 24 dekabr, 2028-ci il.

- Neçə yaşın var?

- Otuz iki.

- Nə işləyirsən?

- Dizayner.

Gözümün ucu ilə Səlimin valideynlərinə baxıram. Üzlərində heyrət var, bir də xəfif təbəssüm. Bəllidir ki, onlar da Səlimin dediklərini mənim kimi ilk dəfədir eşidirlər.

- Səlim, harda işləyirsən?

- Nyu York, Manhettendə.

Valideynlər mat qalıblar.

- Məni işlədiyin yerə apararsan?

- İş yerim Manhettendə 86 mərtəbəli bir binanın 42-ci mərtəbəsindədir.

Xəyalən o binaya getdik, liftə mindik, 42-ci mərtəbədə liftdən çıxdıq.

- Bura ev ofisidir.

İçəri girəndən sonra izah etdi:

- Dubleks mənzil. Aşağıda zal və mətbəx var. Yuxarıda yataq otağı və iş otağım.

- Səlim, zalda nələr var?

- Zalda masa var, divan, kreslo var, dolab var, jurnal masaları var.

- Divarda nələr var?

- Rəsmlər, fotolar. Ailəmin fotosu da var.

- Ailənin fotosuna baxanda nələr görürsən? Birlikdə baxa bilərik?

- Anam, atam, qardaşım, bacım, mən...

- Səlim, bu fotoya baxanda içində “kaş ki” duyğusu yaranırmı? İçindəki “kaş ki” səsini eşidirsənmi?

O dəqiqə:

- Bəli – dedi.

- Onda danış bizə.

- Mən atamla birgə futbol oyunlarına getməyi çox istəyirdim. Bir də həftə sonları onunla futbol oynamaq, kənd yerində çöllüyə getmək istəyirdim. Güləşmək istəyirdim. Amma atam çox yorğun idi. İşləmək məcburiyyətində idi, olmadı, vaxt tapmadı. Neyləyək, belə oldu da.

Atasına baxdım, gözlərinin yaşını saxlamağa çalışır, ağlamamaq üçün dodaqlarını dişləyirdi.

Səlimə təşəkkür etdim və soruşdum:

- Səlim, bu söhbətimizdə sənə böyüklüyümü göstərdiyimi, nəsihət verməyə çalışdığımı hiss etdinmi?

- Xeyr.

- Baş verənlə bağlı danışdıq, yoxsa nəyin baş verməsi lazım olduğunu?

- Baş verənlərlə bağlı danışdıq.

- Səlim, əgər yenə səninlə belə bir söhbət etmək istəsəm, mənimlə danışmaq istəyərsənmi? Söhbətdən zövq aldınmı?

- Zövq aldım və yenə danışmaq istəyərəm.

***

Söhbət içində olan iki insan o an üçün güc, qürur və dəyər baxımından bərabərdir və olanı paylaşırlar. “Filan şey olmalıdır” tərzində isə danışmazlar.

Qorxunun olduğu yerdə söhbətə izn verilməz.

Oxuduğunuz bu möhtəşəm dialoq və həyat dərsi psixoloq, tərbiyəçi təzəlikcə dünyasını dəyişmiş Doğan Cüceloğlunun qeydlərindəndir.

Uğur Dündar öz köşəsində necə arzu edibsə, mən də elə arzu edirəm:

"O gün olsun, Azərbaycanda da valideynlər övladları ilə söhbət etsinlər. 

 

Dilimizə uyğunlaşdıran: Eminquey

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 31 24, 17, 10, 03, 01,
June: 26, 24, 22, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK