adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
02 Mart 2021 14:09
34108
GÜNDƏM
A- A+

Ermənilərin qarmaqarışıq savaş “ritorikası”: 33 illik “dqr”, “tikinti materialları”, heykəl, monastrlar...

44 günlük müharibə dövründə də, müharibədən sonra da hiss olunur ki , nəinki Qarabağ, İrəvan erməniləri, eləcə də dünyadakı bütün ermənilər dərin bir sarsıntı keçirirlər və böyük məğlubiyyəti atlatmaq gücündə deyillər. Hətta “30 ilin qalibləri” eyforiyasının yaratdığı nağıl dünyasından özlərini ala bilməmişlər.

Məsələn, Azərbaycan Ordusunun rəşadətli həmləsindən sonra darmadağın olan qondarma “Artsax respublikasının yaranması”nın 33 illiyi ilə bağlı Xankəndidə sakit nümayişin keçirilməsi, müharibə bitən gündən Ermənistanın mərkəzi olan İrəvanda ixtişaşların səngiməməsi, ermənilərin iki hissəyə bölünərək qarşı-qarşıya gəlməsi, bəzi xarici dövlətlərin önəmli kreslolarını zəbt eləmiş ünlü ermənilərin ölkəmizə qarşı əsassız müdaxilələri, media hücumları dediklərimin sübutudur.

Bütün bu eyforiyalar, daxili sarsıntı və təlaş, dövlət və hökümət nümayəndələrinə, eləcədə, tarixi sadiq himayədarlarına qarşı inamsızlıq, erməniləri dalana dirəyib. Bu dalanda sıkışıb qalmış erməni şovinizmi, qanlarına hopmuş “millətçilik” kimi qorxulu xəstə təxəyyülü kənara atıb, ağılla dərindən düşünmək, nəticə çıxarmaq əvəzinə yenidən müharibəyə başlamaq və “qalib gəlmək “ yolunda hərəkətə keçiblər.

Fakt olaraq deyim ki, “qalib” dedikləri Ermənistan ordusu güclü silahlanmaya, bol texnikaya kifayət qədər xarici muzdlu terrorçulara malik olsa da, müharibənin ilk günündən geri çəkilməklə ruhən, qəlbən haqsız olduqlarını, yeniləcəklərini duymuşdu. Görünür, yenidən “müharibə” havasına girmək nələrə mail olacağını, stress, sarsıntı, depressiya kimi durumlarda anlamayacaqlar. Oxucularımdan soruşmaq istəyirəm:” Sizcə, erməni yeni savaşa təhrik edən var, ya bu “davakarlıq” hissi canlarındadır? “Qan görəndə qorxan erməni” ni mütləq biriləri qan tökməyə təhrik edir-deyə düşünüb bu fikri sizin müzakirənizə verirəm. Amma ..

 

Erməniləri müharibəyə “ruhlandıran” səbəblər

 

 

Hələ ötən ilin son günündə Rusiya Dövlət Dumasının keçmiş deputatı, nüfuzlu rus politoloq və ictimai xadim Maksim Şevçenko maraqlı bir açıqlama ilə çıxış etdi .O, Qarabağda ermənilər tərəfindən törədilən təxribatları və Rusiya sülhməramlılarının sayının 10 minə çatdırılması haqda təklifləri sərt tənqid edərək Qarabağda hər hansı sülhməramlı misisyanın lazım olmadığını, orada təhlükəsizlik tədbirlərini Azərbaycan hüquq-mühafizə orqanlarının görməli olduğunu və Bakının yerli ermənilərin Azərbaycan vətəndaşı kimi dinc yaşamalarını təmin edəcəyini bildirib:”Bölgədə Rusiya sülhməramlılarının hərəkətləri problem yaradır. Rusiya Prezidentinin bölgənin Azərbaycanın suveren ərazisi olduğunu bəyan etməsinə baxmayaraq, Rusiyanın bəzi media orqanları, o cümlədən Prezident Administrasiyasının sərəncamında olan RBK bu bölgəni qanunsuz olaraq “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edir, Xankəndi şəhərinin adını Stepanakert kimi qələmə verir”. Politoloq xəbərdarlıq edib ki, ermənilər bəzi qüvvələrin təhriki ilə müharibənin yeni fazasına başlamağa hazırlaşır. O, sülhməramlıların sülh yaratmaq əvəzinə problem yaratdığını vurğulayıb. Xüsusən Azərbaycanlıları narahat edən bir faktı söyləmək yerinə düşərdi . Rus sülhməramlıları faktiki olaraq ermənilərin Qarabağa total köçünü təşkil edir. İndiyə qədər Qarabağa birbaşa rus sülhməramlılarının mühafizəsi, yardımı və təmənnasız dəstəyi sayəsində 60 minə yaxın erməni qayıdıb. Onlar üçün ərazilər təmizlənir, məktəblər açılır, dərs vəsaitləri gətirilir, infrastruktur qurulur, modul yaşayış yerləri tikilir və s. Bu hal- faktiki olaraq ermənilərin zorla məskunlaşdırılması eynən 1828-ci ildən sonra ermənilərin növbəti dəfə Qarabağa yerləşdirilməsi prosesinə bənzəyir: Ən pisi isə odur ki, Rus sülhməramlıları qondarma “dqr”in “rəsmi”ləri ilə görüşləri davam etdirir, separatçı-terrorçu Araik Arutyunyanla müzakirə aparır və onun təkliflərini dinləyir. Rusiya MN-liyi 13 dekabrda “xəritəni yenilədiyini” açıqlaması, həssas bir dönəmdə Xudavəng və Amaras monastırların erməni zəvvarların gətirilməsi, faşist Q, Njdenin heykəlinin Xocavənddə tikilməsi..

 

 

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəylimediaya açıqlamasında deyir: “Rusiyanın son 200 illik xarici siyasətinin təməl prinsiplərindən olan başqa ölkələrdəki etnik azlıqları himayə etməklə onları öz nüfuz müvəkkilinə çevirmək, yaxud özünə daha çox bağlamaq siyasəti ilə bağlıdır. Rusiyanın ermənilərlə bağlı bu siyasəti Gülüstan müqaviləsindən başlayaraq davam edir və Birinci Dünya müharibəsi illərində Osmanlı dövlətinə qarşı istifadə edilib. Başqa bir məqam isə ”səhvən" Rusiya sülhməramlılarının müvəqqəti nəzarət dairəsinə daxil edilən ərazilərin hərbi baxımdan əlverişli relyefi ilə də bağlı ola bilər. Rusiya sülhməramlıları ərazidə strateji baxımdan möhkəmlənmək istəyirlər, ya da öz məğlubiyyətlərində, dolayısıyla Rusiyanın guya onlara dəstək vermədiyini iddia edən ermənilərin könlünü alırlar. Muradovun hərbi cinayətlar Arutyunyanla çox ”səmimi" fotolarının paylaşılması da bunu sübuta yetirir. Hazırda Azərbaycan bu və digər qəbildən olan istənilən təxribata cavab vermək iqtidarındadır. Həyata keçirilən antiterror əməliyyatlarının miqyası və effektivliyi də bunu təsdiqləyir"

 

Ermənilər doğrudanmı savaşa hazırlaşır?

 

“Hadrut, Əsgəran və Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçmiş başqa ərazilər zamanla geri qaytarılacaq. Sərhədlərin dəqiqləşdirilməsi, Qarabağın statusu məsələsinin aydınlaşdırılması olacaq.Mötərizələri açmayacam, Azərbaycanın hansı vəziyyətə düşəcəyini görəcəyik, tamaşa edəcəyik”.-anonsunu verən qondarma qurumun “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanın belə təxribatçı açıqlaması Ermənistanın işğalçı siyasətini davam etdirmək niyyətlində olduğunu təsdiqlədi. Məğlubiyyətdən cəmi 40 gün keçməmiş belə bir açıqlama erməni xislətini hərəkətə keçirib. BDU-nun Erməni Araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdinin açıqlamasında da ermənilərin “savaş və qələbə” eyforiyası önə çəkilib:”Ölkədə 10 yaşından 17 yaşınadək uşaq və yeniyetmələrdən ibarət könüllülər dəstəsi yaradaraq onlara diaspor hesabına hərbi təlimlər keçmək qərarına gəliblər. Bu dəstə “Gələcəyin Əsgəri” adlanır:“Gələcəyin Əsgəri” hərbi-vətənpərvərlik məktəbi şagirdlərinin andiçmə mərasimi 30 dekabr tarixində İrəvanın Komitas şəhər pansionunda baş tutdu. Məktəblilər üçün burada andiçmə mərasimi keçirilib.İlk toplantıda təkcə İrəvan şəhərindən 60 nəfər könüllü iştirak etsə də, ölkənin bütün rayonlarından bu məktəbə gəlmək üçün arzu edənlərin sayı getdikcə çoxalır. Hətta məktəbin rəhbəri bildirib ki, məktəbdə müxtəlif döyüş sənəti, atıcılıq, əlbəyaxa döyüş və əsasən də düşmən dili- Azərbaycan dili öyrədilməsi nəzərdə tutulub”.

 

 

Türkiyədə fəaliyyət göstərən ASİMED (Əsassız Soyqırım İddialarına qarşı Mübarizə Dərnəyi) adlı təşkilatın rəhbəri, dosent Savaş Eğilməz həyəcanla bildirir ki, “Voma” adlı terror təşkilatı hazırda fəaliyyətdədir və PKK-dan, “Asala”nın törəmələrindən ciddi dəstək alır:”Bu terror təşkilatı Qarabağdakı müharibədə də fəaliyyət göstərib.Son zamanlar da ermənilərin yaratdığı yeni terror təşkilatının Qarabağ savaşında fəaliyyətdə olduğunu görürürk. Bu terror təşkilatının adı “VoxjMnaluArvest”, yəni “sağ qalmaq uğrunda mübarizə” mənasını verən ermənicə sözlərin baş hərflərindən götürülüb, “Voma” adlanır. Ona erməni əsilli Rusiya vətəndaşı, 1965-ci ildə anadan olmuş kəşfiyyatçı Vova Vartanov başçılıq edir. Azərbaycan hüquq-mühafizə orqanları həmin terror təşkilatının Qarabağ savaşında xüsusən Xankəndi ətrafında ciddi fəaliyyət göstərdiyini təsbit edib. “Voma” üzvləri azərbaycanlı əsgərlərə və mülki şəxslərə hücumlar həyata keçirib.

“Bu terror təşkilatı yaşları 18-dən 55-ə qədər olan insanları muzdla öz sıralarında toplayır, Avropadan təşkilata qatılmaq istəyənlərin təyyarə biletləri də daxil olmaqla bütün xərcləri ödənilir. Bunları Ermənistanda toplayırlar və çox ciddi təlim keçirlər. Təlimə dağlıq şəraitdə sağ qalmağı bacarmaq, odlu silahlardan, bıçaqlardan istifadə, diversiya hücumlarının təşkili daxildir. Onlara təlim keçənlər istefada olan hərbçilərdir”

 

“Sülhməram”ın növbəti niyyəti və erməni xisləti

 

 

Ermənistandan gələn xəbərlər ürəkaçan olmasa, da son hadisələri diqqətinizə çatdırmağı lazım bilirik, Nüfuzlu Azərbaycan saytlarının bildirdiyinə görə Rusiya sülhməramlılarının nəzarəti altında növbəti təxribat hazırlanır. Ermənistan tikinti materialları adı altında Qarabağa, hazırda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərinə əsgər daşıyırmış.

Bu fakt amerikalı jurnalist-könüllü Patrik Lankasterin Yerevandan, Ermənistan Müdafiə Nazirliyinin qarşısından hazırladığı reportajdan üzə çıxıb:“Valideynlər övladlarının tikinti materialları daşıyan maşınlarda, gizli şəkildə Qarabağa gətiriləcəyindən xəbər tutaraq, nazirliyin qarşısına toplaşıblar və etiraz ediblər.Tələb edirlər ki, onların övladları Qarabağa aparılmasın və ancaq Ermənistan ərazisində xidmətini davam etdirsin.

Çünki Qarabağ Azərbaycanın ərazisidir və Prezident İlham Əliyev Ermənistan əsgərinin Qarabağdan çıxarılmalı olduğunu bildirib”.

 

Ehtiyat igidin yaraşığıdır..

 

Əvvəlcə onu qeyd edim ki, Qarabağda Rusiyalı Sülhməramlıların olmasına baxmayaraq gec ya tezQarabağın hər qarışı yenidən Azərbaycan Respublikasının nəzarətinə keçəcək.Bunu Azərbaycan Ordusu edəcək. Necə ki, 30 il həsrətlə baxıb göz yaşı tökdüyümüz torpaqlara indi rahatca ayaq qoya bilirik, İkincisi, artıq tək deyilik, yanımızda bizi istəyən qardaşımız , dostumuz və kifayət qədər bizi açıq və örtülü dəstəkləyən tərəfdaşlarımız var. 3-cü dinc və yanaşı yaşamaq prinsiplərini qətiyyən yaxına buraxmayan irticaçı qüvvələr var ki, yeni dünya düzənində onlara yer yoxdu. Bu problem də gec ya tez öz həllini tapacaq. Həmin o irticaçı qüvvənin tükənməsi erməni xislətinin yaradacağı yeni savaş ocaqlarını söndürə bilər.

Əminəm bunu, nəin ki, bütün siyasilər, həm də heç siyasətə qarışmayanlar belə anlayır. Ermənilər terror dəstələri düzəltməsi, qanlar tökməsi niyyətləri isə bağışlanmayacaq, nə Azərbaycan ordusu və dövləti tərəfindən, nə də Qüdrətli Yaradan tərəfindən... Necə ki, 30 ildən sonra tökdükləri qanının böyük bir qismini ödədilər....

Ümid sənədir ancaq, Azərbaycan Əsgəri!!

Əntiqə Rəşid