SON DƏQİQƏ:

Türkiyəli mütəxəssislər Qarabağda AzTV ilə birgə film çəkəcək

  9923   |  
Şriftin ölçüsü  

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə Türkiyənin Sivas Cümhuriyyət Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb.

QSC-dən Adalet.az-a bildirilib ki, sənədə əsasən, Sivas Cümhuriyyət Universitetinin mütəxəssisləri QSC-nin Teleradio Akademiyasının tələbələrinə, jurnalistlərə, həmçinin Azərbaycanda media sahəsində fəaliyyət göstərən texniki işçilərə onlayn treninqlər keçəcək.

2021-ci il 8-19 mart tarixlərində keçiriləcək treninqləri Sivas Cümhuriyyət Universitetinin Jurnalistika fakültəsinin koordinatorluğu ilə Universitetin Daimi Tədris Mərkəzi reallaşdıracaq.

Tədris proqramını uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunacaq.

Onu da bildirək ki, Sivas Cümhuriyyət Universitetinin mütəxəssisləri və AzTV-nin əməkdaşlarından ibarət yaradıcı qrup tərəfindən Qarabağ bölgəsində sənədli filmin çəkilişləri də nəzərdə tutulub.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-17
2021-04-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 17, 15, 13, 10, 08, 06, 03, 01,
March: 30, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK