SON DƏQİQƏ:

Azərbaycan İlahiyyat İnstitutunda növbəti iclas keçirilib - FOTO

  23095   |  
Şriftin ölçüsü  

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) növbəti iclas keçirilib. İclasda qış semestr imtahanlarının yekunları, ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və pandemiya dövründə tədrisin məsafədən təşkili müzakirə olunub.

«ZOOM» proqramı vasitəsilə onlayn keçirilən iclasda İnstitutun rəhbər heyəti, müəllimlər və əməkdaşlar iştirak ediblər.

Aİİ rektoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda şəhid olanlara Allahdan rəhmət, yaralı qazilərimizə isə şəfa diləyib.

Daha sonra o, qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə İnstitutun xanım kollektivinə səmimi arzularını ifadə edib.

A.Şirinov tədbirdə qış imtahan sessiyasının yekunları ilə bağlı məsələlərə də toxunub. Qeyd edib ki, 2020/2021-ci tədris ilinin yaz semestrinin dərsləri məsafədən onlayn formada keçirilməklə uğurla davam edir.

Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov söz alaraq, pandemiya və müharibə dövrünə təsadüf edən payız semestrində tədrisin təşkili, keyfiyyəti və səmərəliliyindən bəhs edib.

M.Camalov daha sonra qış imtahanlarının keçirilməsi, qarşıya çıxan problemlər, imtahanların nəticələri haqqında məlumat verib.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov “İlahiyyat nəşrləri” adı altında ötən dövr ərzində ali təhsil müəssisəsinin müəllim və əməkdaşlarının əməyi sayəsində dərc olunan kitablardan danışıb. O, magistratura və doktorantura səviyyələrinə qəbulla bağlı məsələlərə də toxunub.

Daha sonra İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova çıxış edərək, qış imtahan sessiyasında tələbələrin kəmiyyət və keyfiyyət göstəricilərindən bəhs edib.

İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov çıxış edərək, qış semestri boyu tələbələrin imtahanlarda müvəffəqiyyət göstəricilərindən, imtahan prosesinin şəffaf keçirilməsindən danışıb.

Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov çıxış edərək, pandemiya dövründə tədris prosesinin gedişatı, yaranan problemlər barədə məlumat verib. Kafedranın müəllim heyətinin sillabuslara uyğun surətdə yeni tədris semestrinə tam hazır olduğunu qeyd edib.

Daha sonra Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov çıxış edib. Kafedra müdiri keçən semestrin göstəricilərinə toxunub, imtahanların nəticələrini uğurlu hesab etdiyini vurğulayıb. O, ərəb dili üzrə təşkil olunacaq əlavə kurs üçün səviyyə imtahanları barədə ətraflı məlumat verib.

İclas müzakirələrlə davam edib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 25 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK