adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Aprel 2021 18:20
18136
MƏMLƏKƏT
A- A+

Erməni faşizmi tarixi abidələrə münasibətdə də özünü qabarıq şəkildə göstərir - Mübariz Qurbanlı

Erməni faşizmi tarixi abidələrə münasibətdə də özünü qabarıq şəkildə göstərir.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.

44 günlük Vətən Müharibədə əldə edilmiş zəfərin həm də erməni faşizmi üzərində qələbə olduğunu vurğulayan DQİDK sədri bildirib ki, erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir: “Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik”.

Komitə sədri bildirib ki, Azərbaycanın bu qələbə ilə erməni xalqının özünü də faşist ideologiyasından xilas etdi.

DQİDK sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin başlatdığı siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı düşmən tapdağından azad edib.

Əldə olunan bu qələbənin tarixi, iqtisadi, siyasi-diplomatik, mənəvi-psixoloji tərəflərini qeyd edən Komitə sədri tarixi zəfərimizdə milli-mənəvi dəyərlərin rolunu da xüsusi vurğulayıb. O bildirib ki, tariximizin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən, 44 günlük müharibədə qazandığımız qələbənin əsasında cənab Prezidentin uzaqgörən və praqmatik siyasət yürüdərək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə əldə etdiyi uğurları və milli-dini həmrəyliyimiz dayanır:

“Vətən müharibəsində birlik və həmrəylik nümayiş etdirərək “Dəmir yumruq” kimi birləşən müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşları çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək işğala son qoyublar. Bütün dini konfessiyalar dəfələrlə düşmənin ölkəmizə qarşı yönəlmiş təxribatlarına kəskin şəkildə etiraz edib, din xadimləri şücaətli Ordumuzun qələbəsi üçün daim dualar edərək ayinlər həyata keçiriblər”.