adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Aprel 2021 13:31
39748
DÜNYA
A- A+

750 milyon geni dəyişdirilmiş ağcaqanad təbiətə buraxılacaq

ABŞ-da uçan həşəratlardan insanlara keçən xəstəliklərin ən birinci səbəbkarlarından olan Aedes növündən olan ağcaqanad populyasiyasına nəzarəti ələ almaq üçün bir proyektə start verildi. İlk addımı bu həftə atılacaq çalışmada 750 milyon geni dəyişdirilmiş ağcaqanad Florida Keysdə təbiətə buraxılacaq.

Adalet.az-ın məlumatına görə, bu proyekti biotexnologiya şirkəti Oxitec həyata keçirəcək.

Proyekt zika, sarıhummaa və danq humması kimi xəstəlikləri məhv etmək üçün həyata keçirilir.

Dişi Aedes ağcaqanadları yumurta qoymaq üçün ehtiyacı olan qanı canlıları dişləməklə əldə edir. Erkək geni dəyişdirilmiş ağcaqanadların dişi ağcaqanadları yumurta qoymaq dövrünə çatmamış öldürməsi gözlənilir. Bunun sayəsində dişoi Aedes ağcaqanadlarının populyasiyası azalmalıdır.

Qeyd edək ki, Florida Keysdəki ağcaqanadların 80 faizi Aedes ağcaqanadları təşkil edir.



Eminquey