SON DƏQİQƏ:

Erməninin “bəraət kağızı”na cavab olacaq - Linn Treysi və Entoni Blinkendən “yumuşaldıcı mesajlar”

  43289   |  
Şriftin ölçüsü  

ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrini “erməni soyqırımı" kimi tanıdığını açıqladıqdan sonra iki dost dövləti - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və Azərbaycan prezidenti İlham Əliyevi məyus etdiyinin fərqindəydi. Hətta “soyqırımı” deməmişdən əvvəl də hər iki dövlət başçısını dost və tərəfdaş kimi incidəcəyini bilirdi və bu səbəbdən Ərdoğana məlum açıqlama öncəsi zəng etmişdi. İctimaiyyətin diqqətini neçə gündür maraqlı bir məqam məşğul edir: "erməni soyqırımı" ifadəsini işlədən Bayden dərhal ardından deyib: “Bu ifadəni günahlandırmaq üçün deyil, təkrarlanmasın deyə istifadə edirik”. Bu ifadə sevinməklə, kədərlənmək arasında ilişib qalan erməniləri narahat etməyə bilməz.

Yerli politoloqların fikrincəBaydenin bu fikri faktiki olaraq “soyqırım” ifadəsinin mahiyyətini büsbütün dəyişir. Yəni Bayden demək istəyir ki, bəli, ermənilərə "soyqrım" edilib, lakin bu "soyqrım"ın günahkarı heç də türklər deyil.

Belə bir vacib açıqlama verən Bayden ağıllı və təcrübəli siyasətçi olaraq anlayır ki, dostların məyusluğu bu cümlələrlə aradan qalxmayacaq.

 

Linn Treysinin canfəşanlığı...

 

Odur ki, ABŞ prezidenti “Soyqırımı” ifadəsindən 3 gün sonra Türkiyənin “könlünü” almaq üçün addımlar atmağa qərar verdi. ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi açıqlamasını Baydenin ilk addımı da hesab etmək olar. L.Treysi Azadlıq Radiosunun erməni xidmətinə müsahibə verib və bildirib ki, Soyqırımı Cinayətinin Qarşısının alınması və bu cinayətə görə cəza haqqında Konvensiya yalnız 1951-ci ildə qüvvəyə minib və onun qəbulundan əvvəlki hadisələrə şamil edilmir:“Hüquqi nəticələrə gəldikdə, sözügedən hadisə 1915-ci ildə baş verib. Soyqırımı haqqında konvensiya isə 1951-ci ildə qəbul edilib və hüquqi baxımdan geriyə qüvvəyə malik deyil. Bununlayanaşı o, Türkiyənin NATO daxilində ABŞ-ın əhəmiyyətli müttəfiqi olduğunu da vurğulayıb.

 

Entoni Blinkenin “heç nə olmamış” kimi tavrı...

 

Ötən gün isə ABŞ dövlət katibi Entoni Blinken xarici jurnalistlərlə online-görüşü zamanı məsələ haqqında verdiyi açıqlama ABŞ dövlət başçısının “erməni siyasəti” ni dəstəkləməsində incidilən Türkiyəni yumuşaltaq xarakteri daşıdığı hiss olunur: “Prezident qeyd edib ki, onun məqsədi qurbanların xatirəsini yad etməkdir, kimisə günahlandırmaq deyil. Və əlbətdə, bizim diqqət mərkəzimizdə Osmanlı imperiyasının son günlərində baş verən hadisələr idi”,

Maraqlıdır ki, ABŞ Dövlət katibi ötən gün Co Baydenin “soyqırımı” ifadəsindən sonra məyus olan ikinci dövlət başçısı Prezident İlham Əliyevə zəng etdi. Vaşinqtondan Bakıya edilən bu zəng və müzakirə edilən mövzuların gələcəkdə atılacaq birgə diplomatik addımlara hesablandığı aşkar hiss olunur.

Blinkenin “soyqırım” məsələsindən sonra Əliyevə zəng etməsi ABŞ-ın enerji təhlükəsizliyindən tutmuş regional təhlükəsizliyə qədər, bir çox məsələdə əməkdaşlığı davam etdirməkdə maraqlı olması deməkdir. Vaşinqton ermənilərə “qiymətli dəstək” göstərsə də, Bakı ilə işləmək istəyir. Yəqin ki, bunu heç siyasətdən başı çıxmayan insanlarda anlayır ki, o yanlış addımdan sonra bu addım bir az “alınmayacaq” kimi görünür.

 

ABŞ gələcək planları: Türkiyə və Azərbaycanın ehtiyat tədbirləri

 

ABŞ yanlış siyasi gedişini nə qədər “malalamağa ” çalışsa da, müxtəlif üsullarla onu yumşaltmaq istəsə də fakt faktlığında qalır: rəsmi ABŞ qondarma erməni soyqırımını rəsmən tanıdı, ABŞ-ın Ermənistandakı səfiri xanım Treysi öz dövlətini Yervandakı uydurma soyqırımı abidəsini ziyarət etməklə və ora gül dəstəsi qoymaqla ifadə etdi. Buna baxmayaraq ABŞ regionda kommunikasiyanın bərpası prosesindən kənarda qalmaq istəmir, xüsusilə Cənubi Qafqazı Çinlə mübarizə müstəvilərindən birinə çevirməyə hazırlaşan Vaşinqtonun Zəngəzur dəhlizini öz təsirinə almaq və Mərkəzi Asiyaya çıxış marşrutu olaraq istifadə etmək planının olduğu görünür. “Soyqırım” məsələsinin əsas hədəflərindən biri bu idi.

Əliyevin “soyqırım” ifadəsindən narahatlığını birbaşa Baydenin baş diplomatına bildirməsi və Türkiyənin yanında olduğunu diqqətə çatdırması həm də gələcək mövqeyinin ifadə edilməsidir: Bakı Ankaranın yanındadır və ABŞ regionda öncə Türkiyə ilə razılaşmalıdır.

7-dən çox beynəlxalq təşkilatın, 20-dən çox dövlətin, ABŞ-ın ötən illərdə 41 ştatı, hazırda ABŞ-ın qondarma erməni soyqırımını tanıması Ermənistan dövlətinin terrorçuluq əməllərini davam etdirməsinə verilən  bəraət “kağızıdır ”. Bu qərəzli “tanınma” Azərbaycanın Qafqazda inkişafına və digər diplomatik əlaqələrinə mənfi təsir göstərə bilər.

Dünyanı maraqlandıran “Baydenin səhv gedişinəTürkiyə və Azərbaycandan hansı addımlarla cavab veriləcək”-sualına Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynlinin mətbuata bu açıqlaması ilə cavab veriləcəyini düşünürük: Birləşmiş Ştatların bu addımı həm Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirəcək, həm də bu dalğa digər türkdilli respublikaların Türkiyə və Azərbaycanın ətrafında birləşməsinə və türk birliyinin möhkəmlənərək yeni bir gücə çevrilməsinə gətirib çıxaracaq. Zənnimcə, digər yeni çalar ondan ibarətdir ki, Türkiyə və Azərbaycan Co Baydenin soyqırımı deməsindən sonra Amerikaya qarşı, xüsusilə soyqırımı kəlməsi ilə bağlı birgə anti-tədbirlər işləyib hazırlamağı qarşılarına məqsəd qoyublar. Bu tədbirlər içərisində Amerikanın öz tarixi boyu işlətdiyi cinayətlərin, xüsusilə soyqırımı xarakteri daşıya biləcək cinayətlərin geniş təsvirinin verilməsi və ola bilsin ki, bunların parlamentdə müzakirə edilərək parlament qərarına çevrilməsi məsələsi gündəmə gələ bilər. Söhbət Şimali Amerikada 70 milyondan artıq yerli-aborigen əhalinin – hinduların qırılmasından, Vyetnamda 3 milyondan çox vyetnamlının qadağan olunmuş napalm bombaları, fosfor bombaları və kimyəvi silahlardan istifadə edilməklə məhv edilməsindən və digər cinayətlərdən gedir”.

 

Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK