SON DƏQİQƏ:

Milli Qəhrəman İlqar Mirzəyevin anım mərasimi keçirilib - FOTO

  18567   |  
Şriftin ölçüsü  

2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günü münasibətilə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, mayın 8-də keçirilən anım mərasimində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə İlqar Mirzəyevin şərəfli həyat yolundan, onun vətənpərvərliydən, göstərdiyi şücaət və qəhrəmanlıqdan danışılıb.

Çıxışlarda İlqar Mirzəyev kimi vətənpərvər oğullarımızın xalqımızın yaddaşında əbədi yaşayacağı, onun kimi igidlərimizin qəhrəmanlığının gənc nəslə örnək olduğu vurğulanıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK