SON DƏQİQƏ:

AVRO-2020: Bakıdakı oyunlar üçün biletlərin satışı başlayır

  20838   |  
Şriftin ölçüsü  

 

Bu gündən AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri satışa çıxarılacaq.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, azarkeşlər biletləri 6 müxtəlif satış məntəqəsində əldə edə bilərlər.

Bu məntəqələr Köşk №1 (M.Rəsulzadə 3., Bakı), Köşk №2 (Bülbül prospekti, Nizami küç., Bakı), Köşk №3 (Üzeyir Hacıbəyov küç.69x, Bakı), 1 saylı “ASAN xidmət” mərkəzi (Həsən Əliyev küç.36, Bakı), 2 saylı “ASAN xidmət” mərkəzi (Nobel prospekti 23, AMAY T.M., Bakı), 3 saylı “ASAN xidmət” mərkəzidə (Abbas Mirzə Şərifzadə 157, Yasamal, Bakı) satılacaq.

Fanatlar biletləri eyni zamanda, http://www.iticket.az/2020 keçidi vasitəsilə də ala bilərlər.

Biletlərin qiymətləri üç kateqoriya üzrə dəyişir: 1-ci kateqoriya - 250 AZN, 2-ci kateqoriya - 150 AZN, 3-cü kateqoriya - 60 AZN.

Qeyd edək ki, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. 12 iyunda Uels – İsveçrə (saat 17:00-da), 16 iyunda Türkiyə - Uels (saat 20:00), 20 iyunda Türkiyə - İsveçrə (saat 20:00) görüşləri təşkil olunacaq.

1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK