SON DƏQİQƏ:

Taksilərdən istifadə edənlərin sayı artsa da şirkətlərin gəlirləri azalıb

  116039   |  
Şriftin ölçüsü  

Azərbaycanda pandemiya səbəbindən taksilərdən istifadə edən sərnişinlərin faiz nisbəti xeyli artıb.

Adalet.az-ın məlumatına görə, 2021-ci ilin yanvar-aprel ayları ərzində avtomobil nəqliyyatı ilə sərnişindaşımaların (355 milyon sərnişin) 7,9 faizi minik taksilərinin payına düşüb. 2020-ci ilin eyni dövründə isə bu rəqəm 3,8 faiz təşkil etmişdi (457,3 milyon sərnişin).

Avtomobil nəqliyyatı ilə sərnişin daşımada taksidən istifadə edənlərin faiz nisbəti artsa da taksi şirkətlərinə sifarişlər azalıb, çünki ümumilikdə sərnişindaşıma 30 faizə qədər azalıb. Trend-in taksi şirkətləri arasında apardığı sorğunun nəticəsində məlum olub ki, pandemiya dövründə taksi şirkətlərinin də gəliri 30-40 faiz aşağı düşüb.

“Ümumilikdə taksilərdən istifadə edənlərin faiz nisbətinin artdığı deyilir. Lakin bu, taksi şirkətlərinin gəlirlərinin artmasına səbəb olmayıb, əksinə azalıb. Çünki taksi xidməti göstrən avtomobillərin sayı da xeyli artıb. Belə ki, pandemiya səbəbindən iş yerləri bağlananların əksəriyyəti müvəqqəti olaraq taksi xidməti göstərməklə məşğul olur ki, bu da bazarda təklifi artırmış olub. Misal üçün şadlıq sayarlarında, iri ticarət mərkəzlərində və digər müvəqqəti bağlanan iş yerlərində çalışanların çoxu indi taksi xidməti göstərməklə məşğul olur”, - taksi şirkətlərinin birindən deyilib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK