adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Iyun 2021 11:56
64400
ŞOU-BİZNES
A- A+

Jan Kloud Van Dammının oğlu evlənir: Biz də “qız evi”yik

Ötən gün sosial şəbəkələrdə maraqlı bir toy xəbəri çox izləyicisi ilə diqqət çəkib. Deməli, bir çoxunun idman kumiri, bir çoxunun isə sevilən aktyoru, dünyanın təkrarolunmaz Jan Kloud Van Dammının oğlu Kristofer ailə qurub xoşbəxt olmaq ərəfəsindədir.

Soruşa bilərsiniz ki, hamı evlənir, ailə qurur, bunun nəyi bu qədər diqqətə layiq olub. Hə bilmənizi istəyirəm ki, bu xeyir işdə biz azərbaycanlılar qız eviyik. Beləki, azərbaycanlı pianoçu Suada Hacızadə ilə möhtəşəm Jan Kloud Van Dammın gəlini olur, Kristoferin də gələcəkdə həyat yoldaşı olacaq. Bir sözlə gənclər nişanlanıb.

 


Adalet.az  xəbər verir ki, nişan mərasimindən foto sosial şəbəkədə yayılıb. Eyni zamanda Suada və Kristofer İnstaqram profilində münasibətdə olduqlarını yazıblar.


Suada pianoçudur və bir çox beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edib. O, eyni zamanda Prezident təqaüdçüsüdür, 7 Beynəlxalq Musiqi Müsabiqəsinin laureatıdır. 21 yaşı var.
Qeyd edək ki, 34 yaşlı Kristofer aktyor kimi bir çox filmlərdə rol alıb. O, Van Dammın aktrisa Qledis Portuqezdən dünyaya gələn oğludur. Xoşbəxt olsunlar!


 Əntiqə Rəşid