SON DƏQİQƏ:

Pandemiya nə zaman bitəcək: Mütəxəssislər şərtləri açıqladı

  35122   |  
Şriftin ölçüsü  

Koronavirus pandemiyasının başa çatma vaxtı peyvənd olunmamış millətlərdən, xüsusən də inkişaf etməkdə olan ölkələrə peyvənd tədarükünün sürətindən asılı olacaq. Çünki peyvəndlənmə mutasiyaların dayandırılmasına kömək edir. Yeni mutasiya prosesləri isə, kütləvi peyvənd səylərini zədələyə bilər.

Azvision.az xəbər verir ki, bu barədə Luiziana Universitetinin dekanı və epidemiologiya üzrə professor Edvard Trapido bildirib. Professor pandemiyanın 2022-ci ilə qədər davam edəcəyini və sonrakı dövrdə isə, xəstəliyin daha endemik olacağını proqnozlaşdırır. O həmçinin qeyd edib ki, vaksinlərin paylanması ilə bağlı daha çox səylər Braziliya, Hindistan, Pakistan, Nepal, Cənubi Amerika və digər inkişaf etməkdə olan ölkələrə yönəldilməlidir.

Konnektikut Universitetinin virusologiya üzrə professoru Paulo Verardi isə, "RİA Novosti"yə verdiyi açıqlamada, bəzi ölkələrin əhalisinin ən azı üçdə ikisinin və ya daha çoxunun vaksinasiyadan keçməli olduğunu söyləyib. Beləcə yeni dalğaların qarşısı da alınar.

Mütəxəssis eyni zamanda koronavirusun yeni, daha yoluxucu variantlarının narahatlıq doğurduğunu da qeyd edib.Verardi də yoxsul ölkələr daxil olmaqla, dünyanın hər bir yerində yaşayan insanlara peyvəndlərdən istifadə imkanı yaradılmasının vacibliyini vurğulayıb. Çünki bu, pandemiyaya nəzarət etmək və gələcəkdə xəstəlik artımlarının qarşısını almaq üçün yeganə yoldur.
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-01
2021-07-31

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK