adalet.az header logo
  • Bakı 18°C
09 Iyul 2021 16:43
77669
MARAQLI
A- A+

İqlimin insan bədəninin böyüklüyünə təsiri

Təkamül araşdırmaçılarının yeni yayınladıqları bir araşdırma olduqca səs-küyə səbəb oldu. Elm insanlarının etdiyi yeni kəşf iqlim şərtlərinin insanın bədən və beyin böyüklüyü üzərində təsirinin olduğunu ortaya çıxartdı.


⁠İngiltərədəki Kambric Universiteti ilə Almaniyadakı Tübingen Universitetinin apardığı araşdırma istilik, yağış miqdarı kimi iqlim elementlərinin insanın bədən quruluşunun formalaşmasında böyük bir rol oynadığını göstərdi.

⁠Araşdırmaçılar soyuq iqlimlərdə yaşayanların bədən ölçülərinin daha böyük, isti iqlimlərdə isə daha kiçik olduğu nəticəsinə gəliblər.

⁠Bu araşdırma əcdadlarımız hesab olunan Homo Sapienslərin aid olduğu Homo genus ailəsindən 300-dən çox insan fosilinin məlumatlarına əsaslanır.

⁠Şimal Qütbündə yaşayan qütb ayılarının daha isti bölgələrdə yaşayan qəhvəyi ayılara nisbətdə daha ağır olması da buna bir örnəkdir.

Eminquey