adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 Iyul 2021 15:40
129321
SİYASƏT
A- A+

Fəzail Ağamalı çağırış etdi: “ Səfirlərin tədbirlərinə qatılmayın!”

“ABŞ, Fransa və Rusiyanın səfirlərinin işğaldan azad edilmiş rayonlarımıza o cümlədən Şuşaya səfərdən imtina etməsi heç bir normal və sağlam məntiqə sığmır”

Adalet.az xəbər verir ki, bu sözləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Prezident İlham Əliyevin tapşırığı və prezident köməkçisi Hikmət Hacıyevin iştirakı ilə Azərbaycanda akkreditə olunan bir qrup diplomat 9-10 iyul tarixlərində işğaldan azad olunmuş Füzuli rayonuna və Şuşa şəhərinə səfər etməsi və bu səfərdən imtina edən Minsk Qrupunun həmsədri olan ölkələrin - ABŞ, Fransa və Rusiyanın hərəkətlərini şərh edərkən bildirib.
 

Millət vəkili hər 3 ölkənin uzun illərdi ki, Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistanı dəstəklədiyini və müdafiə etdiyini xüsusi olaraq vurğuladı: Bu bir daha sübut edir ki, illər uzunu ABŞ-nın Rusiyanın və Fransanın səfirlərinin işğaldan azad edilmiş rayonlarımıza səfərdən imtina etməsi və son olaraq Şuşaya səfərdən imtina etməsi heç bir normal və sağlam məntiqə sığmır. Onların bu davranışı bir daha sübut edir ki, illər uzunu hər üç ölkə Ermənistanın işğalçılıq siyasətini ardıcıl və sistemli şəkildə müdafiə etmişlər və onu stimullaşdırmışlar. Uzun müddət işğala məruz olan Azərbaycan torpaqlarının azad edilməsi mandatını Birləşmiş Millətlər təşkilatından alan ATƏT-in Miski qrupunun üç həmsədri ən müxtəlif məsələlər ətrafında ciddi fikir ayrılıqlarının olmasına birinin digərinin qəti şəkildə qəbul etməməsinə baxmayaraq, necə deyərlər, Dağlıq Qarabağ problemi ətrafında hər zaman həmrəylik nümayiş etdirmişlər. ABŞ uzun illərdir ki, Rusiyanın xarici siyasətində aqressiyanın qarşısını almaq, xüsusilə bütün sənədlərində Gürcüstanın ərazi bütövlüyünü, Moldovanın ərazi bütövlüyünü dəstəkləyən və Rusiyanın Krımı işğal etdikdən və Ukraynanın şərq rayonlarına nəzarəti ələ keçirdikdən sonra Rusiyaya qarşı çox ciddi sanksiyalar tətbiq etməyə başlayıb. Buna baxmayaraq Qarabağ mövzususu onları həmrəy edir.

Fransa bütün ruhu ilə Ermənistanın yanında olmasını dəfələrlə təsdiq edən siyasi gedişlər edib.

Hazırda hər 3 ölkənin səfirlərinin Şuşaya getməməsinin bir səbəbi var, Ermənistanın revanşist qüvvələrini, həmçinin qondarma Artsaxın cinayətkar “ başçısı” Arayik Arutunyanı dəstəkləmək, onlara stimul verməkdi.

Hesab edirəm, adıgedən ölkələrin indiyənə qədər Qarabağ mövzusunda ədalətli mövqelərini görmədiyimiz üçün biz də onlara olan mövqelərimizdə ciddi dəyişiklik etməliyik. Biz də onların təşkil etdikləri tədbirlərdə bir jurnalist kimi, siyasətçi kimi, QHT kimi, vətəndaş kimi iştirak etməməliyik.

F. Ağamalı sonda onu da qeyd etdi ki, Azərbaycanın rəşadətli odusunun və müzəffər Ali Baş Komandanın sayəsində Azərbaycan torpaqları üzərində heç bir dövlət revanşist hərəkətlər edə bilməz:” Eyni zamanda Türkiyə-Azərbaycan arasında imzalanmış “Şuşa Bəyannaməsi”var. Bundan sonra hər hansı bir güzəşt mövqeyi tutmaq məcburiyyətində deyilik. Hər zaman olduğu kimi Ali baş Komandanın arxasında durmalı, milli həmrəyliyimizi , dövlətçiliyimizi qorumalıyıq! Və əminəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi onların bu hərəkətinə qarşı, adekvat addımlar atmaq üzərində düşünür." deyə bildirdi.

Əntiqə Rəşid