adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
12 Iyul 2021 16:28
19460
SAĞLAMLIQ
A- A+

Delta ştammının çarəsi budur

"AstraZeneka” və “Sinovak” peyvəndlərinin birləşməsi koronavirusun “delta” ştammına qarşı ən effektiv vasitədir.

Adalet.az Medicina.az-a istinadən xəbər verir ki, Tayland Qırmızı Xaç Cəmiyyəti, həmçinin Milli Genetik Mühəndisliyi Biotexnologiya Mərkəzinin professoru Anan Conqkaevvattana və Tayland Ağciyər İnstitutunun həkimi Xate Sripratak ortaq araşdırma aparıblar.

Tədqiqat nəticəsində məlum olub ki, delta ştamına iki doza "Sinovak" peyvəndi ilə bir doza "AstraZeneka"nın qarışığı iki doza "Sinovak"dan daha güclü təsir göstərir.

“Sinovak”ın ikiqat tətbiqinin ardınca isə “AstraZeneca” inyeksiyası edildikdə, bədən delta ştammına müqavimət göstərəcək qədər antitel istehsal edir.

Qeyd edilib ki, iki doza "Sinovak" peyvəndi ilə vaksinasiya neytrallaşdırıcı antikor səviyyəsini 80-90%-ə yüksəldə bilər. Bununla da COVID-19-un alfa variantına qarşı effekivliyi təmin edə bilər. Lakin dominant hala gələn olduqca yoluxucu delta ştammını qoruya bilməz.

Bu səbəbdən daha çox "Sinovak" peyvəndi istifadə edilən ölkədə "AstraZeneka"nın daha çox tətbqi ediləcəyi açıqlanıb.