adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Iyul 2021 13:53
36599
SAĞLAMLIQ
A- A+

QARPIZ QABIĞI: Həkim faydasından, evdar nənə isə mürəbbəsindən danışdı

 

Artıq yay gəlib. Yandırıcı istilər başlayıb. Nə qədər çay, su içsənizdə əminəm susuzluğunuzu yatızdırmaq çətin olar.

 Adalet.az xəbər verir ki, belə bir zamanda hamının yadına sərin , şipşirin, özünəməxsus gözəl qoxusu olan qarpız dilimləri düşür. Bəli, yayın vazkeçilməz nemətlərindən biri də qarpızdır!  Məqalələrimizin birində qarpızın faydaları haqqında oxuculara müəyyən qədər məlumat vermişdik. Həmin məqaləni terapevt Lətifə Mikayılova da oxumuşdu və təsdiqləmişdi. O bizə telefon açaraq qarpızın nəinki qırmızı , şirin içi, hətta onun qabığının faydaşından söhbət açdı. O həm də bildirdi ki, qabığın bu faydalarından istifadə etməklə bir neçə xəstəliyin qarşısını almaq və yaxud o xəstəliyi yumuşaltmaq mümkündür:

 - Qarpız qabığında amin turşusu sayılan sitrilun var. Bu maddə hüceyrələrin yenilənməsini təmin edir. Ona görə də, qarpız qabığını idman etdikdən və yaxud ağırzəhmət tələb edən iş gördükdən  sonra yemək faydalıdır. Əgər qabığı tək şəkildə yemək ürəyinizcə deyilsə onu salatlara qatıb yeyə bilərsiniz. Deməli, qarpızın qabığı rəndələyib tərəvəzlərlə eyni zamanda, toyuğun döş əti ilə hazırlanan salata qatsanız, daha ləzzətli olar. Sitrilun həm də cinsi zəifliyi  müalicə edir. Probleminiz sırf budursa,  qabığa heç nə qatmadan  yemək lazımdır. İlin bütün fəsillərində hər kəs arıqlamaq istəyir. Xüsusən yayda. Amma çox adam bunu bacarmır. Çoxu bilmir ki, qarpız qabığında təbii liflər mövcuddur ki, o sizi tez-tez acmağa qoymayacaq. Bir də qarpızın içi kimi qabığı da sidikqovucudu. Bədəndəki əlavə mayeləri anında rədd edir və qan təzyiqini stabil saxlayır. Amma qabığın ən dəyərli xüsusiyyəti odur ki, tərkibindəki likopel adlı oksidan maddə bağırsaqlardakı qəbizliyi aradan qaldırır, Qarpız qabığının kişilərdə prostat vəzi xərçənginə tutulma riskini 34%-ədək azaltdığı da məlumdur”.

Hansı tibb saytı olduğunu unutsam da, amma qarpız qabığı haqqında oradan belə  bir məlumat oumuşdum:”Son illərdə aparılan araşdırmalar zamanı qarpız qabığının boğaz, mədə-bağırsaq, ağciyər, qadınlarda döş və uşaqlıq xərçəngi ilə mübarizədə yaxşı təsir göstərdiyi müəyyən edilib”

 

Faydalı qarpız qabığından mürəbbə

 

Ömrünün 60 ilini evdarlığa həsr etmiş, bütün növ mürəbbələr bişirməkdə, turşu və  şoraba qoymaqda  peşəkar olmuş  77 yaşlı Məleykə Aslanova bildirir ki,  "yayın yaxantısı qışın yavanlığıdır" deyib dədə babalar.   Yay aylarında işimiz meyvələrdən bir-birindən ləzzətli mürəbbələr, cemlər, marinadlar  hazırlamaqdı. Amma bir mürəbbə var ki, onu balacadan böyüyə hamı Süfrənizin bəzəyinə çevriləcək bu mürəbbəni hazırlamaq elə də çətin deyil.

 

 

Deməli, mürəbbə üçün mütləq qalın qabıq qarpızdan istifadə etmək lazımdı. 1 kq. - qarpız qabığı,1,2 kq. - şəkər tozu, mixək və ya vanil, limon turşusu və ya yarım limon Qarpız qabığındakı yaşıl hissələrini soyursunuz. İçini də çıxarırsınız! Qabıqları arzu etdiyiniz şəkildə doğrayın və geniş bir qazana tökün. Üzərinə 3 xörək qaşığı soda və 2 litr su qarışımını boşaldıb, 1 gecə bu şəkildə saxlayın.Qabıqları sodalı sudan çıxarıb yaxşıca yuyun. Yuduqdan sonra qazana qoyub üzərini keçəcək qədər su əlavə edin. 15-20 dəqiqə qaynadın və süzün.

Bir başqa qazana şəkər tozu və 2 su stəkanı su töküb qaynadın. Qaynadıqdan sonra, qaynadılmış qarpız qabıqları, mixək və vanili əlavə edib qabıqlar yaxşıca yumşalıncaya qədər bişirin.

Mürəbbənin şirəsi qatılaşanda üzərinə yarım ədəd limon suyunu əlavə edin və 3-5 dəqiqə daha qaynadın. Di nuş olsun.!

Əziz oxucular, yazımızdan belə məlum oldu ki, qarpızın bir qıçasını da şölə atmaq olmaz.İçini də, çölünü də ye, üstəlik mürəbbəsi də yanında!

 Əntiqə Rəşid