adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Iyul 2021 13:42
31237
ANALİZ
A- A+

Kəlbəcərdəki atışma niyə dayanmır?: Erməniləri qıcıqlandıran SƏBƏBLƏR

 Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində erməni təxribatı dayanmaq bilmir. İnsidentdə qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Şükür, həyatları üçün  təhlükə yoxdur.

Adalet.az xəbər verir ki, baş verən həmin  atışmada 3 erməni əsgər məhv edilmiş, 5-i yaralanmışdı. Bu gün isə Kəlbəcər istiqamətində ermənilərin atəşkəs rejimini pozmasına Ordumuzun verdiyi cavab nəticəsində hələlik bir ermənininin yaralandığı açıqlanıb.  Nəzərə alsaq ki,  Azərbaycan, Türkiyə və Pakistan parlement sədrlərinin  tarixi Bakı Bəyannaməsini imzaladıdan və AR prezidenti İlham Əliyevin Kəlbəcərin ərazisində yol infrastrukturunun tikintisi məqsədilə büdcədən pul ayırmasıilə bağlı Sərəncam imzaladıqdan sonra  “atəşkəs” rejiminin təkrar-təkrar pozulması bəzi nüansları ortaya qoyur. 
Eyni zamanda atışmanın Ermənistan müdafiə nazirinin rusiyalı həmkarı ilə görüşdüyü ərəfədə baş tutması xüsusi maraq doğurur . Prinsipcə Azərbaycan mövqeyinə zərbə vurub sonra da dərhal Rusiya sülhməramlılarının arxasında gizlənmək erməniçiliyin əsas simasıdır. Çünki özlərinin kişi kimi meydana çıxmaq cəsarəti yoxdu 

Beləliklə məsələyə bölgədə - Qafqazda geopolitik siyasətin yürüdülməsinə, mənfi və müsbət tipli ideologiya təbliğatına, dünya region ölkələrinin siyasi baxışlarına da diqqət çəkmək lazımdır.,  

 
Kəlbəcər istiqamətində erməniləri ağrıdan nədir?
 
Məsələni dərindən anlamaq üçün bir sual qarşımıza çıxa bilər: Niyə Şuşa, Laçın, Ağdam və s. deyil, atəşkəsin intensiv pozulması, ciddi hücum məhz Kəlbəcərdə baş verdi?

 

 Səbəb 1

 

Bu suala cavabı rusiyalı hərbi ekspert, tanınmış tarixçi Oleq Kuznetsov ətraflı şəkildə açıqlayır: Kəlbəcər təxribat üçün təsadüfən seçilməyib. Landşaftın dağ-meşəlik xarakteri hətta taktiki qrupların nəzdində fəaliyyət göstərən kifayət qədər iri birləşmələrin gizlədilməsinə imkan verir. Bu, kifayət qədər ciddi formatlı və irimiqyaslı döyüşlər aparmağı, iri kalibrli pulemyot və ya minaatanlardan istifadəni asanlaşdırır. Kəlbəcərin lanqşaftı həmçinin ağır atıcı silahlardan istifadə edən qrupların cəlb olunmasına imkan verir ki, bu da ümumqoşun döyüşünün effektini yaradır. Ermənilərin əsas məqsədi - təxribat törədərək, güclü informativ rezonans doğurmaq və nəticədə öz çirkin təbliğatlarını davam etdirməkdir.
Kəlbəcərdə baş verənlər sırf hərbi məqsəd daşımır Bu, daha çox siyasi kontekst yüklü bir provokasiyadır”

 

Səbəb - 2

 

30 ildir ggözümüzün qarşısında xalqımızın düçar olduğu bir bəlanın belə tezliklə keçəcəyinə də inam hər gün bir az azalır. Erməniçilik siyasətinin dərin köklərinə baxaq. “Böyük Ermənistan” ideyası ilə qurulan müasir Ermənistan 30 ildir ki, Azərbaycanın torpaqlarında yeni bir dövlət qurmağa çalışıblar. Qondarma “Artsax”ın tamamilə məhv edilib , aradan çıxmasını dərindən dərk edən Ermənistan hakimiyyəti əlinə keçən hər fürsəti dəyərləndirməyə məhkumdur. Necə deyərlər, “sel də boğulanın saman çöpündən yapışmaq” çabası...Əminik ki, erməni ideoloqu Qareqin Njdenin “Tsexakron” təlimi ilə beyni yuyulmuş son erməni qalana qədər bu münaqişə davam edəcək. Bu səbəbdəndə sülhü, asayişi kölgə altına alan, atəşkəs rejimini pozaraq, qan axıtmaqdan, müharibə qorxusu yaratmaqdan çəkinməyən hər bir erməni mütləq zərərsizləşdirilməlidir.

 

Səbəb - 3


Tanınmış rusiyalı ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenkonun fikrincə, , Ermənistan bu addımla Azərbaycanın guya təcavüzkar olduğunu göstərmək və KTMT-yə, Avropa Birliyinə və ələlxüsus Fransaya dəstək üçün müraciət etmək niyyətindədir:
“Ermənilərin Kəlbəcər təxribatı təəssüf ki, İrəvanın sürüşkən, iyrənc siyasətinin davamıdır. Hazırkı gərginləşmə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsinə imkan verməmək və üçtərəfli bəyanatın tammiqyaslı tətbiqindən qaçmaq məqsədi güdür. Eyni zamanda, İrəvan bu eskalasiyadan öhdəsinə götürdüyü nəqliyyat kommunikasiyalarının açılmasından və digər məsələlərdən imtina üçün istifadə etməyə çalışır”.

 

Səbəb - 4

 

 Ermənistan-Azərbaycan sərhədindəki gərginlik ucbatından Söyüdlü (Zod) yatağı fəaliyyətini bu gün dayandırıb, yataqdan 150 işçi evakuasiya edilib. Fəaliyyətin dayanması isə Ermənistan büdcəsinə  zərbədir. Ermənilər özlərinin yaratdığı gərginliyin heyifini almaq üçün növbəti dəfə  daha ağır şəkildə atəşkəs reyiminin pozurlar. Hər halda bu da bir ehtimaldır.

 

 Səbəb - 5

 

Məsələdə Rusiya sülməramlılarının regionda sabitliyi saxlaya bilməməsini bəhanə gətirərək ATƏT-in Minsk Qrupunu yenidən “diriltmək”  cəhdi, eyni zamanda Fransanın, Rusiyanın və ABŞ-ın bunda maraqlı olması da maraqlı olması da nəzərdən qaçmır.
Sonuncu variantın dövriyyəyə yenidən girməsinə “Bakı Bəyannaməsi” nin də “rolu” danılmazdı. Erməni tərəfin narahatçılığı başadüşüləndi.

 Uzun sözün,  qısası, gen qaz,  dərin qaz, sonda özün düşəcəksən misalını unutmayaq  bu xəbərdə bu siyasi analizin yekunu olsun: Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində erməni təxribatı nəticəsində iki əsgərimizin yaralanmasına cavab olaraq Ordumuzun cavab zərbələrinin nəticələri barədə erməni mediası eksklüziv fotolar paylaşıb.

 

 

 

 

 

 

 

Əntiqə Rəşid
 


  


 

Digər Xəbərlər