SON DƏQİQƏ:

Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağı üzrə görüləcək növbəti işlər müəyyənləşdirilib

  15901   |  
Şriftin ölçüsü  

28 iyul 2021-ci il tarixində Azərbaycanın energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək Hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə yaradılmış Birgə İşçi Qrupunun üçüncü iclası çərçivəsində Türkmənistanda səfərdə olub.

Energetika Nazirliyindən Adalet.az-a verilən məlumata görə, “Dostluq” yatağı üzrə Birgə İşçi Qrupunun üçüncü iclası Aşqabad şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkmənistanın dövlət naziri, “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanovun həmsədrliyi ilə keçirilib. İclasda Hökumətlərarası Əməkdaşlıq haqqında Saziş layihəsi üzrə görülmüş işlər nəzərdən keçirilib və növbəti addımlar müəyyənləşdirilib.

Xatırladaq ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumu 2021-ci ilin 21 yanvar tarixində imzalanıb. “Dostluq” yatağı üzrə əməkdaşlığa dair Hökumətlərarası Saziş layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan tərəfindən İşçi Qrupu isə Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2021-ci il tarixli Sərəncamı ilə yaradılıb. İndiyə kimi Birgə İşçi Qrupunun üç, İşçi Qrupu nəzdində yaradılmış Birgə Ekspertlər Qrupunun isə dörd iclası keçirilib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK