SON DƏQİQƏ:

Həyatdan ədəbiyyata

  45721   |  
Şriftin ölçüsü  

İlk kitabı 27 il öncə çap edilmiş yazıçı Əlisəfa Azayev bu müddət ərzində qələminə və seçdiyi mövzulara sadiqliyini itirməmişdir. Tənqidçi Qulu Xəlilov 1984-cü ildə onun hekayələri haqqında belə yazmışdır: «Əlisəfa Azayev həyatdan ədəbiyyata gələn müəlliflərdəndir. Onun kitablarını müntəzəm çap etmək gərəkdir». Bu rəylər elə bir dövrdə qələmə alınmışdır ki, o zaman hər müəllif haqqında belə ürək genişliyi ilə danışmaq mümkün deyildi. Söhbət quruluşun özünəməxsusluğundan yox, yazıçının, tənqidçinin ədəbiyyata, yazıya, kitab nəşrinə olan məsuliyyətindən, ciddi münasibətindən, yaradıcılığı dəyərləndirmək məziyyətlərindən gedir. Belə bir vaxtda ədəbiyyata gələn, həm əbədi tənqid, həm də oxucular tərəfindən rəğbətlə qarşılanan gənc yazıçı öz üslubuna, həyat tərzinə sədaqətli çıxdı. 20-dən artıq nəsr kitabının müəllifi olan Əlisəfa Azayev bəzi həmkarları kimi əbədi mühitə daha da yaxınlaşmaq üçün paytaxta üz tutmadı.

Əslində yazıçı üçün maraqlı və geniş  mövzular rayonda daha çoxdur. Bunu dərindən duyduğundan Əlisəfa elə gənclik illərindən həm torpağa, həm də qələminə elə bağlandı, yazıb-yaratdı ki, yazıçı kimi şöhrəti çoxdan əyalətlilikdən çıxıb. Respublikanın bütün kitabxanalarında onun kitabları var və müntəzəm oxunur.

O, 1951-ci ildə Kürdəmir rayonunun Qaramahmudlu kəndində anadan olub. Orta məktəbi doğma rayonda bitirib. Əvvəlcə  Şamaxı Pedaqoji Məktəbində oxuyub, bir müddət pedaqoji fəaliyyətlə məşğul olub. Elə gənc yaşlarından da yazıb-yaratmağa xüsusi maraq göstərib. Əlisəfa yazdıqlarını əvvəlcə təcrübəli ədəbiyyat müəllimlərinə oxuyar, onların rəyini öyrənərdi. Belə müzakirələrin birində yaşlı müəllimlərdən biri Əlisəfaya məsləhət görüb ki, o öz yazılarını yazıçı Əlfi Qasımova göstərsin. Gənc oğlanın ədəbi fəaliyyəti ilə yaxından tanış olan yazıçı  Əlfi Qasımov 1974-cü ildə «Azərbaycan gəncləri» qəzetində rayon müəllimi haqqında «Uğur olsun» yazıb. Bui lk etimaddan sonra Əlisəfanın hekayələri respublikanın müxtəlif  qəzet və jurnallarında dərc olunmağa başladı. Kürdəmir rayonunun Ərəbxana kəndində müəllim işləyən  Əlisəfa Azayev qiyabi yolla Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bir müddət rayonda müxtəlif vəzifələrdə çalışsa da, ədəbi yaradıcılığından heç vaxt ayrılmayıb. Elmi işə maraq göstərərək hətta aspiranturada da oxuyub. Amma  ədəbi yaradıcılıq onun bütün varlığına necə hopubsa, qələmini ancaq nəsrin müxtəlif janrlarında işlətməyə yönəldib. Onun əsərləri zəngin müşahidə əsasında yazılıb, insanlarda düzlük, zəhmətsevərlik, dözümlülük, özündən böyüklərə hörmət, kiçiklərə qayğı göstərmək kimi məziyyətləri tərbiyə etmək məqsədi daşıyır. Müasirlərinin həyatı, arzu və düşüncələri, üzləşdikləri bir sıra çətinliklər, həyat həqiqətləri, reallıqlar Əlisəfanın hekayələrinin başlıca xüsusiyyətidir. Hansı əsərini əlinə alsan, maraqla oxunur. Çünki yazıçının həm mövzuları, həm də bədii imkanları bir-birini uğurlu tamamlayır. Xüsusilə də prokurorluq və hüquq-mühafizə orqanlarından yazdığı silsilə əsərlər Əlisəfa Azayevi detektiv janrda yazan ustad-yazıçı kimi səciyyələndirib. Bu, əsərlərin hər birində hüquq-mühafizə orqanlarında çalışanların həm müsbət, həm də mənfi cəhətə malik olanların obrazlarını mükəmməl yaratmışdır. Əlisəfanın nəsrində diqqət çəkən bir məsələ oxucunun ürəyindən xəbər verir. Bütün qaranlıqların bağrını mütləq işıq yaracaq. Həqiqət qalibdir, haqq basılmaz! Qələmə aldığı hər bir hadisədə maraqlı süjet xətti qurmaq, oxucunu intizarda saxlamaq, qəhrəmanlarının mənəviyyatını ustalıqla açmağı bacarmaq Əlisəfanı oxucularına sevdirən cəhətlərdəndir. Bütün bunlar da tənqidçi Qulu Xəlilovun bir fikrini təsdiqləyir ki, yazıçı həqiqətən həyatdan ədəbiyyata gəlib. Bu səbəbdən də onun hekayə və povestlərində əsil həyatın rəngləri və təbiilik var. Qələmə alınan mövzular həyatdan alındığı üçün oxucuya xoş gəlir, onun gerçəkliyinə inandırır. Mənəvi aşınma getdiyi indiki günlərdə belə əsərləri oxumaq doğrudan da vacibdir. Müəllifin birinci məqsədi əxlaqi keyfiyyətləri qabartmaq, insanları mənalı, dürüst yaşamağa səsləməkdir.

Hazırda Siyəzəndə yaşayan Əlisəfa Azayev yeni povest üzərində işləyir. Qarabağ mövzusunda düşündüyü bu əsəri tezliklə başa çatdırmaq əzmindədir. «Yeddi il sonra» kitabı ilə ədəbiyyata gələn Əlisəfa Azayev «Çin qızılgülü», «Gecəyarı sui-qəsd», «Sirli qətl», «Əsgər anası», «Qürbət ellərdə», «Prokuror qızı», «Qatarda hadisə», «Qanlı gündəlik», «Günahsız məhbus», «Gizli əməliyyat», «Kapitanın sərgüzəştləri» və s. kitabları ilə özünü bir yazıçı kimi təsdiqlədi.

20 ildən artıqdır ki, rəğbət və ehtiramla yazılarını oxuduğumuz Əlisəfa Azayev bu günlərdə 55 yaşını tamamladı. Tanınmış yazıçıya, istedadlı qələm sahibinə böyük uğurlar və yeni nailiyyətlər diləyirik. Bizim üçün bir daha xoşdur ki, bölgələrdə belə zəngin mənəviyyata malik gözəl qələm sahibləri yaşayıb-yaratmaqdadır. Vaxt gələcək ki, Əlisəfa Azayevin Azərbaycan nəsrinin inkişafındakı xidmətləri xüsusi olaraq qeyd ediləcək və yəqin ki, teatrlar öz yönlərini bu yazıçıya salmağı da unutmayacaq. Çünki müəllifin səhnə həyatına qanad açan elə məzmunlu əsərləri var ki, onların bu gün tamaşaya qoyulması teatra maraq, mövzu rəngarəngliyi və yeni coşqunluq gətirər.

 

Flora Xəlilzadə

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK