SON DƏQİQƏ:

Uşaqlarla heyvanların ünsiyyətinin xeyri: Zehni, dil,  emosional və sosial  inkişaf...

  22259   |  
Şriftin ölçüsü  


Son günlər sosial şəbəkələrdə uşaqlarla ev heyvanlarının dostluğuna dair   kadrlara  tez-tez rast gəlirik. Sevilən kadrlardı. İzlədikcə üzündə təbəssümdə əmələ gəlir. uşaqlar  heyvanlara qarşı onsuz da çox bağlıdırlar. Özlərindən kiçik canlılara, varlıqlara və xüsusilə də heyvanlara  isti bir şəfqət və maraq göstərirlər.

Maraqlı olan bir də budur ki, heyvanlar özləri də maraqlı bir şəkildə uşaqlara qarşı son dərəcə  mülayimdirlər  və canları yansa belə, uşaqları incitməzlər.


 Adalet.az xəbər verir ki,  alimlərin araşdırmalarına görə, həyatımızın ayrılmaz hissəsi və ən yaxın dostlarımız olan heyvanlar, uşaqların inkişafında da mühüm rol oynayır. Düzgün münasibət qurulduğu halda, empatiya qabiliyyətindən əxlaqi dəyərlərin inkişafına qədər bir çox müsbət nəticə alınır. Heyvanlarla qurulan əlaqə, uşağın yoldaşlıq hissinin inkişafına müsbət təsir edir . Bu əlaqə sayəsində, uşaq daha tolerant, daha paylaşımcı, daha anlayışlı, fərqliliyə daha açıq bir şəxsiyyət inkişaf edə bilər. Ev heyvanlarıyla böyüyən uşaqlarda məsuliyyət hissi də daha irəli səviyyədə olur . Məsələn, İtlər isə uşaqlara sədaqətli olmağı öyrədir və sevginin qarşılıqlı bir şey olduğunu başa düşür. Uşaqların heyvanlarla əlaqə qurmağı, dostları ilə də ünsiyyətə təsir edir. Bu əlaqə sayəsində uşaqlar paylaşmağı öyrənir.
 Psixoloq Vəfa Rəşidovanın fikrincə, elə valideynlər var ki, uşaqlarına ev heyvanları ilə oynamağı qadağan edir. Uşaqlar gördüyü balaca pişiyə, dovşana sığal çəkmək, onlara qayğı göstərmək istəyən kimi "Əl vurma!", "Olmaz", "Eləmə" deyərək qışqırırlar. Lakin nəzərə almırlar ki, ev heyvanları ilə təmasda olmaq uşaqlara qayğı göstərməyi, mehriban, mərhəmətli və məsuliyyətli olmağı öyrədir.

 


Bəli, doğrudur, valideynlər uşaqlarının sağlamlığı baxımından evdə ev heyvanı bəsləməyə yaxşı baxmasalar da, heyvanlarla yaxın olan uşaqların sosial, zehni və emosional baxımdan inkişaf töhfəsi olduğu güman edildiyindən daha çoxdur.
Zehni inkişaf: Heyvanlar aləmi çox müxtəlif və zəngindir. Hər bir heyvan fərqli rənglərə, xüsusiyyətlərə, şəkillərə malikdir və uşaqlar bunları kəşf etməyi çox sevir. Bu uşaqlarda araşdırma, analiz etmə,  münasibət qurmaq, problem həll etmə və s. bacarıqların inkişafına köməkçi olur.
Emosional və Sosial İnkişaf: Bir heyvana nəzarət etmək məsuliyyət hissini inkişaf etdirir. Məsuliyyət götürüb, bunları yerinə yetirən uşaq bundan qürur duyur və özünə inamı artır. Dostlarının ehtiyaclarına daha həssas olmağı öyrənir.

 


Dil İnkişafı: Heyvanlar haqqında danışmaq uşaqlar üçün ən əyləncəli məsələlərdən biridir. Uşaqlar heyvan haqqında danışaraq həmyaşıdlarıyla ünsiyyət qurmaq şansı əldə edir. Heyvanlar üzərində danışılacaq çox şey olduğu üçün bu söhbətlər uşaqların dost olmalarına köməkçi olur. Əgər bir uşaq ev heyvanı bəsləyirsə, dostlarına ona necə baxdığını, onunla nələr etdiyini bildirməsi danışma bacarığını və söz ehtiyatını inkişaf etdirir.
 Psixoloqların  fikrincə  it, xamyak, pişik, tutuquşu, dovşan, dələ  və s.  evdə saxlamaq olar.  Əgər evdə it və pişik kimi heyvan saxlanırsa, uşağın heyvanlara qarşı allergiyası yoxlanması, heyvanlar ilə  mütləq baytarlıq nəzarətində olmalı, mütəmadi peyvənd və müayinələr edilməlidir.


 Əntiqə Rəşid
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21
2021-09-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK