SON DƏQİQƏ:

Yeni mübarizə meydandan REPORTAJ:  Şıxarxda tikinti - quruculuq işləri: FOTOLAR 

  35753   |  
Şriftin ölçüsü  

Azərbaycan müstəqillik əldə etdikdən sonra bu müstəqilliyi  həzm edə bilməyən bəzi dairələr Azərbaycanın qanuni ərazilərində,  qədim torpaqlarında problemlər yaratmağa başladılar.

O problemin adı “Qarabağ” idi. Problemlərlər başlanan ilk gündən Azərbaycan xalqı o problemlə döyüşməyi özünə şərəf bildi. Şükür ki, Azərbaycanın rəşadətli ordusu 30 illik həsrətdən sonra işğalçı erməniləri məğlub edərək öz torpaqlarına yiyələndi.

 Adalet.az xəbər verir ki, vətən müharibəsindən sonra Azərbaycanda yeni bir mübarizə meydanı açılıb. Bu həm Qarabağda, həm də Qarabağətrafı rayonlarda böyük vüsət alıb.

 

 Müharibədən sonrakı mübarizə

 

Vətən uğrunda gedən bütün döyüşlərdə: I Qarabağ müharibəsində, aprel döyüşlərində, fevral döyüşlərində, nəhayət 44 günlük müharibədə bir çox kəndlərimiz, rayon və şəhərlərimiz mərmi yağışına, top atəşinə məruz qalaraq dəfələrlə darmadağın oldu.Yenidən quruldu, yenidən dağıldı.

 Atəş xəttində olan, hər dəfə mərmilərdən darmadağın vəziyyətə düşən  Tərtər rayonunda da böyük zərərlər meydana gəldi. Asan məsələ deyil, müharibə dövründə Tərtərə 21 raket, 16 min 277 artilleriya mərmisi atıldı, Ermənilərin bu bədnam, insanlığa yaraşmayan hərəkəti nəticəsində 17 mülki vətəndaş şəhid oldu, 63 nəfər yaralandı.

 

Artıq fevral ayından diğər atəşə məruz qalan ərazilərdə olduğu kimi Tərtərdə də müharibədən zərər görən evlərin tikintisinə, təmirinə və bərpasına başlanılıb. Qəhrəman Tərtərlilər asta-asta yaralarını sarmağa müvəffəq olur.

Qəsəbədə məskunlaşmış Kəlbəcərdən olan Qismət Allahverdiyev evinin darmadağın olmasında danışdı. O bildirdi ki, qəsəbə də hələ ki, işlər davam edir.

 

İlin əvvəlində cəbhə bölgəsinə yaxın 11 rayon ərazisində zərər çəkmiş obyektlərə baxış keçirilib, qiymətləndirmə və təmir-tikinti işlərinin ilkin planlaşması aparılıb. Yəni, bu gün də   Tərtərdə quruculuq işləri davam etməkdə, düşmən tərəfindən vurulmuş ziyan ödənməkdədir. Bəli indi qarşıda duran vəzifə müharibənin vurduğu yaraları qısa zamanda sağaltmağa nail olmaqdır.  Artıq mübarizə başlayıb.

 

Haşiyə: Azərbaycan Respublikasının Prezidentin 2020-ci il 6 noyabr sərəncamından irəli gələn məsələlərin icrası məqsədilə “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sərəncam imzalayıb.

 

 Müharibəni ən qızgün dövründə 16 oktyabrda Şıxarx ərazisində qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məhəlləsində olmuşdum . Tərtər – Şıxarx yolu mərmilərdən xəndək-xəndək, oyuq-oyuq, Şıxarxda 34 çoxmərtəbəli binada evlər yarasız halda idi. Saysız –hesabsız dağıdıcı mərmələr qəsəbənin yollarını, həyətlərini xəndəyə döndərmişdi. Məlumatlara görə,  900-dən çox mənzilə ziyan dəymişdi.

İstirahət üçün, üstüörtülü oturacaqlar - "Çardak" (el arasında "Besedka"da deyilir. Red-ƏR) qəsəbə sakinləri olan qadınlarla söhbətləşirik, Hamısının bir arzusu var tezliklə öz yurdlarına, Kəlbəcərə, Laçına, Zəngilana, Cəbrayıla və s. düşməndən azad olmuş ata-baba yurdlarına dönməyi gözləyirlər. obalarına tərəf karvanın tez bir zamanda yola düzələcəyinə çox ümidlidirlər. Amma hələ ki, yeni təmirdən çıxmış evlərində o günü gözləmək məcburiyyətindədirlər.    

 

 Bərpa işləri sürətlə gedir, hələ tamamilə başa çatmayıb. Ümid edirik, tezliklə bu problemlər də aradan qalxar , hər kəs, müharibədən əvvəlki  kimi rahat yaşamına qovuşar .

 Yurdumuzun hər guşəsi cənnətə dönsün!

 Qəsəbədən olan yeni fotoları sizə təqdim edirik:

 

 

 Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK