adalet.az header logo
  • Bakı 29°C
18 Avqust 2021 11:00
8044
ELM VƏ TƏHSİL
A- A+

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin sonuncu mərhələsinə start verilib

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start verilir.

Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, müsabiqənin yekun – müsahibə mərhələsi alman dili, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, biologiya, coğrafiya, fizika, fiziki tərbiyə, fransız dili, ibtidai sinif, informatika, ingilis dili, kimya, musiqi, rus dili, rus dili və ədəbiyyatı, tarix, texnologiya, təsviri incəsənət və riyaziyyat fənləri üzrə keçiriləcək. Müsahibə mərhələsinə ümumilikdə 4973 namizəd dəvət olunub və müsahibələr avqustun 26-dək davam edəcək.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.