adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Sentyabr 2021 18:44
646
SAĞLAMLIQ
A- A+

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 69 221 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 023, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 198 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 680 427, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 530 138, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 150 289 təşkil edir.