SON DƏQİQƏ:

Payız-qış aylarında koronavirus arta bilərmi? – Baş infeksionistdən açıqlama

  289   |  
Şriftin ölçüsü  

Payız-qış aylarında kəskin respirator virus xəstəliklərinin artması ilə yanaşı koronavirusun da artacağı barədə cəmiyyətdə fikirlər səsləndirilir.

Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib ki, payız-qış aylarında ənənəvi olaraq qrip və digər kəskin respirator virus xəstəliklərinin fəsli artımı baş verir:

“Bunlardan qorunma tədbirləri koronavirus infeksiyasından qorunma tədbirləri ilə üst-üstə düşür. Beləliklə, bu viruslarla və koronavirus infeksiyası ilə yoluxmaların artmasını sürətləndirən səbəblər təmasların artması və bağlı məkanlarda insanların daha çox toplanması, soyuq aylarda immunitetin zəifləməsidir.

Bu yayılmanın sürətini azaldan faktorlar isə əhalinin profilaktik qaydalara nə qədər ciddi əməl etməsi və vaksinasiyanın kütləviliyinin təmin olunması ilə bağlıdır. Bu faktorların nəticəsində payız-qış mövsümündə koronavirusa, qripə və digər respirator infeksiyalara yoluxmaların sayı müəyyən ediləcək”.(trend)

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-26
2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK