SON DƏQİQƏ:

Aqil ABBAS: ADAM KİMİ  YAŞAMAQ İSTƏYƏRSİZSƏ, QALIB  YAŞAYIN…

  1822   |  
Şriftin ölçüsü  

Yoxsa, adam deyilsizsə…

Hərçənd ki adamlıqdan  çıxmısınız, sizlərin Qarabağda törətdiyiniz cinayətlər heç  faşizm  adına da   düz gəlmir. Daha böyük cinayətlərə  imza atmısınız ki, bu da sizin adamlığınıza şübhə yaradır. Evi də uçurmaq olar, məbədi də, məscidi də, meşələri də qırmaq olar, amma ta qəbiristanlıqdakı  yüz ilin, min ilin  meyitlərini   çıxarıb,  daha dəqiq desək, sümüklərini  çıxarıb onun yerində taxıl əkmək, sonra  həmin  taxıldan   çörək bişirib yemək  heç  İblisin də ağlına gəlmiz ki, sizin ağlınıza gəlib.

Adam kimi yaşayırdınız, Azərbaycan  hökuməti də sizə daha  çox  imtiyaz tanımışdı. Büdcədən yeyirdiniz, öz əliniz, öz başınız, amma  adam olmadığınız üçün  adam kimi də  yaşaya  bilmədiniz. Yüz ildi çörəyini  kəsdiyiniz xalqa qarşı, yenə  deyirik, İblisin   ağlına  gəlməyən  vəhşilikləri elədiniz. Sizin bu «kefiniz» 30 il çəkdi. Dözdük, səbr elədik, bəlkə Allah  yoluna  gələsiniz, amma İblis  Allah yoluna gəlmədiyi kimi, siz də  gəlmədiniz. Adam olmadığınız üçün  adam kimi yaşamaq istəmədiniz. Sizin də övladlarınız başladığınız bu  mənasız müharibədə, bu işğalçılıq  müharibəsində qırıldılar. Analarınız gözüyaşlı qaldı və heç zaman da göz yaşları qurumayacaq. Bizim də övladlarımız şəhid oldular öz torpaqları uğrunda  gedən  müharibədə. Bizim  analarımızın göz yaşları  qurudu, çünki övladları bu ədalətli  müharibədə  qalib gəldi, torpaqları azad elədi  və torpağa qarışıb  Vətən  oldular.

Amma, yenə deyirəm, sizlərin  anaları həmişə gözüyaşlı  qalacaq…

Yenə də içinizdə öz övladları müharibədə qırılmayanların müharibə  çağırışları  səslənir. Görünür, bütün  erməni  analarını  gözüyaşlı görmək  istəyirlər.

Azərbaycanda yaşamaq istəyirsinizsə, olmayan  papağınızı  qabağınıza qoyub  bir fikirləşin. Vətəndaşlığımızı, Konstitusiyamızı  qəbul edin. Biz Allaha  yaxın olduğumuzdan bağışlamağı   bacaran  xalqıq: 10 iləmi , 20 iləmi,  uzağı 30 iləmi…  adam kimi  yaşamaq istəyərsizsə, sizi bağışlayarıq.

Düzdür, ola bilsin ki, mən evimi-eşiyimi  yandıran, qohum-əqrəbamı qıran ermənini bağışlaya  bilərəm, amma Natəvanın, Üzeyirin, Bülbülün, Pənah xanın Ağdamda İmarətdəki  qəbrini  dağıdan ermənini   heç vaxt bağışlamaram.

Mənim  də  ömrümə nə qalıb ki, uzağı  10 il, özünü cırsın 15 il. Amma övladlarıma demişəm ki, babalarımın qəbirlərini   dağıdanları  heç vaxt bağışlamayın.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK