adalet.az header logo
  • Bakı 7°C
14 Oktyabr 2021 16:01
2104
GÜNDƏM
A- A+

Ermənilərdən gürcüləri qəzəbləndirəcək açıqlama: Samtsxe-Cavaxeti qədim erməni torpağıdır, bizimdir..."

Regionun “lider gücü”, “böyük Ermənistanın” “qəhrəmanları” nı, terrorçuların 30 illik pafoslarını Azərbaycan Ordusu 44 gündə məhv etdi.

Adalet.az xəbər verir ki, artıq bir ildir ki, ermənilər belindənağır travma alaraq yerlərlə sürünürlər. Çox “revanş, revanş” desələrdə düşdükləri hazır ki, durum  onların yenidən ayağa qalmasına, zibilə dönmüş qürurlarını yerdən “dənləmək”lərinə də imkan vermədi. Azərbaycana diş qıcamağın əbəs olduğunu anlayan ermənilər indi də Gürçüstana yumruq göstərib giş qıcayırlar. 
 Gürcüstan niyə ermənilərin qəzəbinə gəldi, -deyib düşünürkən, sözün həqiqi mənasında 44 günlük müharibədən sonra onların bəzi istiqamətlərdə yenilənən hərəkətləri bizim üçün xoş və gözlənilən olsa da, ermənilər üçün bir o qədər gözlənilməz oldu.

1. 44 günlük müharibə zamanı Rusiyadan Ermənistana silah-sursat daşıyan  hərbi maşınların ərazisindən işləməsinə qadağa qoydu. 


2. Ötən həftə İran  və Ermənistan   yük maşınlarının ərazisindən keçməsinə qadağa qoydu. 
3. Ermənistanın Əməkdar mədəniyyət xadimi, “Karin” ansalmblının rəhbəri Qaqik Qinosyanın Gürcüstana girişi qadağan edilib...
 Əlbəttə , bir tərəfdən baxanda Ermənistanı haqlı da saymaq olar, beləki, məlum müharibədən əvvəl  ermənilər terrorçu, insan qanı axıdan bir cəllada Gürcüstan ərazisində heykəl qoymuşdular. Azərbaycanın tənqidlərinə baxmayaraq Gürcüstan adıgedən heykəli sökməmişdi. Qəflətən nə baş verdi ki,  gürcülər erməniləri görməzdən gəlir-deyə ermənilər “cin atı”na minirlər

 

Axır  Gürcüstanın bu hərəkətlərinə dözməyən Ermənistanın siyası şərhçisi Tevos Arşakyan hikkəsini qusmağa, dişi qıcağa fürsət tapdı. Arşakyan gürcüləri ən həsas yerindən vurmağıməqsəd seçərək bildirir ki, , “qədim erməni torpağı” olan “Cavax”ın 99.9%-ni ermənilər təşkil edir: “Gürcustan hakimiyyəti antierməni addımlar atmazdan öncə bir “Cavax”ı (Gürcüstan Respublikasının doqquz diyarından biri Cavaxeti nəzərdə tutulur – red.) yada salsınlar.

 


“Bu, bizim torpaqlardır.( Aha, şizofreniya özünü biruzə verdi) Tiflis ağlını başına yığmasa, biz “Cavax”dakı erməniləri ayağa qaldıracağıq. Hazırda Gürcüstan Azərbaycana və Türkiyəyə sərf edən addımlar atır, Ermənistanın maraqlarını isə ümumiyyətlə nəzərə almır. Bu, gürcülərə baha başa gələ bilər”.


Qeyd edək ki, ermənilərin “özününkü” saydığı Samtsxe-Cavaxeti torpaqlarında qədimdən gürcü xalqının tərkib hissələrindən olan cavaxlar və mesxeti türkləri məskunlaşmışlar. Ermənilər bu diyarlara 1829-cu ildə rusların dəstəyi ilə köçüblər. Britaniyalı siyasi xadim M.F.Praysın yazdığına əsasən, Cavaxetiyə o vaxt 120 min erməni köçürülüb. Bu ərazilərə ikinci böyük erməni miqrasiya dalğası 1877-1878-ci illərdə baş tutub. Bu torpaqların əzəli sakinləri gürcülər və mesxeti türkləri isə 1944-cü ilə qədər Cavaxetidən deportasiya edilmişdi.

 


Azərbaycanlılar üçün tanış olan bir ssenari bu gün ermənilər tərəfindən gürcü xalqına yazılır.


 Xatırlatma: Ötən ilin sentyabrının əvvəllərində ermənilərin gürcülərə və azərbaycanlılara qarşı təxribatına sübut olaraq – tehnowar.ru saytında yayımlanan məqalədə Karen Oqanesyan adlı erməninin mövqeyini göstərmək olar. Karen Oqanesyan fikrini bu cür bildirir: “Hesab edirəm ki, vaxt gəlib çatmışdır. “Cavaxk” ayağa qalxıb Gürcüstandan ayrılmalı və öz müstəqilliyini elan etməlidir. “Azərbaycanın təcavüzü” zamanı Gürcüstanın Ermənistana qarşı həyata keçirdiyi qeyri-dost hərəkətlərinə cavab olaraq onun ərazisi ilə çəkilmiş dəmir-yol xətləri və boru kəmərləri nəzarət altına alınmalıdır. Dünyanın bütün erməniləri, Türkiyə və Azərbaycanın bütün əmlakının tammiqyaslı şəkildə məhvinə başlamalıdırlar. Türklərlə və ya azərbaycanlılarla biznes münasibətlərinə cəlb olunmuş ermənilər bu münasibətləri dərhal dayandırmalıdırlar”.:


 Hesab edirəm Türkiyə də,  Azərbaycan da ermənistanın növbəti ilhaqına imkan verməyəcək, Gürcüstanın yanında olacaq.


 Əntiqə Rəşid