SON DƏQİQƏ:

Paşinyan: "Görüş məhsuldar keçdi" -  Siyasi ekspertlər əksini deyir 

  577   |  
Şriftin ölçüsü  

Bildiyiniz kimi, oktyabrın 12-sində Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirib. Görüş  zamanı müzakirələrə çıxarılan məsələlər  hələki tam açıqlanmasa da , bəzi detallar ictimaiyyətə sızıb.

“Dağlıq Qarabağ münaqişəsi həll edilməyib” deyən baş nazir Rusiyanın bu münaqişənin həllində, ümumiyyətlə regionun təhlükəsizliyində açar rolunu oynadığını diqqətə çatdırıb: “Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olaraq bölgədə təhlükəsizliyin təmin edilməsində əsas rol oynayır. Cənubi Qafqazda və dünyada dinamik proseslər gedir və bu kontekstdə müttəfiqlərin tez-tez görüşüb danışması çox vacibdir”-deyə vurğulayıb.


Paşinyan danışıqları məhsuldar adlandırıb

 


Adalet.az xəbər verir ki, Paşinyan bu barədə məlumatı öz rəsmi tviter hesabında paylaşıb.
“Bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşdüm. Görüş çox məhsuldar keçdi. Danışıqlar zamanı həm iki ölkə arasında gündəm olan məsələləri, həm də regiondakı vəziyyəti müzakirə etdik. Əldə olunan razılaşmaların icrası üçün əlaqələri davam etdirəcəyik”, – deyə Paşinyan vurğulayıb.

 

 Rusiyalı ekspert nə düşünür?


.Amma PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkovun mediaya  açıqlaması, Paşinyanın rəsmi tviter hesabında paylaşdığı fikirlərin əksini deyir: “ Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə İrəvanın KTMT-yə sədrliyi ilə bağlı müzakirə aparıb. Putin erməni qonağına başa salıb ki, Ermənistanın KTMT-yə sədirliyi dövründə bu təşkilatın üzvlərinin gücündən Azərbaycana qarşı istifadə olunması qəbuledilməzdir. Ermənistanın KTMT-yə sədrliyi nominal olaraq İrəvan üzərinə yalnız tədbirlərin təşkilati-texniki müşayiəti üzrə öhdəliklər qoyur. 
Ekspertin fikrincə, görüş zamanı liderlər arasında başqa bir məsələ də müzakirə olunub:”Görüş zamanı həmçinin Rusiyanın ciddi maraq dairəsində olan İran məsələsi də müzakirə olunub. Tehranın aqressiv ritorikası Azərbaycan ilə Ermənistan arasında gərginliyin artmasına gəririb çıxarıb. Bu isə öz növbəsində 9/10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli, Rusiyanın təşəbbüsü və himayəsi ilə işlənib hazırlanmış və imzalanmış üçtərəfli sənədlərin reallaşdırılmasını ləngidir. Göründüyü kimi, İran Rusiya üçün də potensial çətinliklər yaradır”, 


Erməni ekspert nə düşünür?

 


 Ermənilər isə nə görüşdən. nə də görüşün nəticələrindən  yaxşı nə isə gözləmirlər.  
Erməni siyasi strateq Karen Koçaryanın Putin-Paşinyan görüşünü şərh edərkən səsləndirdiyi fikirlərlərdən bunu bilmək olar:.“İndi Paşinyana bir məsələ barədə məlumat vermək üçün yenidən Moskvaya çağırıblar. Bu bir həqiqətdir. Əgər lazım bilsələr bizə informasiya verəcəklər. Ola bilər ki, heç bizi məlumatlandırmağa ehtiyac duymasınlar” 
Koçaryan şərhininin sonunda üzüntü ilə bildirib ki,.Paşinyan baş nazir olandan bu günə qədər Ermənistanla heç bir müzakirə aparılmır, sadəcə atılacaq addımlar barədə ona məlumat verilir.

 Yəni, xalqın fikri. Prosesə münasibəti hökümətin heç umrunda da deyil.


Əntiqə Rəşid


 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK