SON DƏQİQƏ:

Peşə təhsili üzrə yeni ixtisaslar yaradılıb - QƏRAR

  234   |  
Şriftin ölçüsü  

“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na dəyişiklik edilib. Dəyişikliyə əsasən, peşə təhsili üzrə yeni ixtisaslar yaradılıb.

Adalet.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilib:

“İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə” hissəsinin “030219 İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti” ixtisas qrupuna “Kompüter operatoru” ixtisasından sonra “Qrafik dizayner”, “Kompüter şəbəkə inzibatçısı”, “İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” ixtisasları və həmin ixtisas qrupundan sonra aşağıdakı məzmunda “030220 Kosmetologiya” ixtisas qrupu əlavə edilib.

“III. “Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı” peşə istiqaməti üzrə” hissəsinin “030321 Ağac emalı qurğuları, mebel sənayesi, ağac məmulatları və yarımfabrikatların hazırlanması” ixtisas qrupuna “Kağızhazırlayan (kartonhazırlayan) maşınların quruducusu” ixtisasından sonra “Mebel ustası” ixtisası əlavə olunub.

“VI. “Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri” peşə istiqaməti üzrə” hissəsinin “030624 Avtomobillərin təmiri - sürücülük” ixtisas qrupuna “Avtomobil sürücüsü” ixtisasından sonra “Avtomobil diaqnostikası və təmiri ustası” ixtisası əlavə edilib

“VIII. “İlkin tələbat və ərzaq mallarının texnologiyası” peşə istiqaməti üzrə” hissəsinin “030812 Yeyinti məhsulları istehsalı avadanlıqları” ixtisas qrupuna “Tomat və tərəvəz konservləri hazırlayan usta” ixtisasından sonra “Üzümçülük və şərab ustası” ixtisası əlavə olunub.

“IX. “İnşaat və arxitektura” peşə istiqaməti üzrə” hissəsinin “030913 İnşaatda sanitar-texniki sistemlərin hissə və qovşaqları” ixtisas qrupuna “Texnoloji boru kəmərlərinin hissə və qovşaqlarının hazırlanması üzrə çilingər” ixtisasından sonra “İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı” ixtisası əlavə edilib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK