Hindistanda təbii fəlakət qurbanlarının sayı artdı
Ötən şənbə axşamından etibarən Hindistanın cənubunda güclü musson yağışlarının səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
Ölümlərin çoxu Hindistanın cənub-qərbindəki Kerala ştatında qeydə alınıb: 23 nəfər. Daha üç ölüm faktı isə cənubdakı Tamilnad ştatında olub.
Xilasetmə işlərinə hərbi helikopterlər, quru qoşunları və donanmalar da cəlb edilib.
Daha iki nəfərin itkin düşdüyü bildirilir.
Hindistan Meteorologiya Departamenti yağışların bu həftənin ortalarından etibarən azalmağa başlayacağını gözləyir.
TASS
Digər Xəbərlər
23 Aprel 2024 19:05
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - FOTOLAR
23 Aprel 2024 18:34Liviyanı güclü qum fırtınası bürüyüb - VİDEO
23 Aprel 2024 17:19TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
23 Aprel 2024 16:36Putinin andiçmə mərasiminin vaxtı məlum oldu
23 Aprel 2024 16:04