adalet.az header logo
  • Bakı 20°C
25 Oktyabr 2021 14:49
616
SİYASƏT
A- A+

Ermənilərdən Bakıya “təklif” – Rədd ediləcək

Xankəndidəki ermənilər Azərbaycan rəsmlərinin Şuşadakı muzeydə saxlanılan erməni, rus və fransız rəssamlarına məxsus əsərlərlə dəyişdirilməsini təklif edib.

Adalet.az xəbər verir ki, separatçı-terrorçuların nümayəndəsi Lusine Qaraxanyan deyib.

“Birinci Qarabağ müharibəsindən sonra 40-a yaxın azərbaycanlı rəssamın əsəri erməni tərəfində qalıb. İndi biz onları özümüzkülərlə dəyişdirməyi təklif etmişik, hələlik cavab almamışıq”, - Qaraxanyan bildirib.

Rəsmi Bakıya bu təklif Rusiya sülhməramlıları vasitəsilə edilib.

Qeyd edək ki, Azərbaycanın bu “təklifə” reaksiya verəcəyi gözlənilmir. Çünki Xankəndidəki separatçı-terrorçular “tərəf” deyil və Azərbaycan torpağındakı muzeylərdə saxlanılan hər şey Azərbaycanın əmlakıdır.