adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Noyabr 2021 15:25
1857
SİYASƏT
A- A+

Ararat Mirzoyan: "Zəngəzur dəhlizi müzakirə mövzusu ola bilməz, Türkiyənin şərti..."

Tanınmış iqtisadçı Vüqar Bayramov hələ bir neçə ay əvvəl bəyan etmişdir ki, Zəngəzur dəhlizi tək Azərbaycan üçün yox, bütün türk dünyası üçün önəmli bir yoldur:

“ Söhbət 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Belə ki, Türkiyə 761,4 milyard dollar, Qazaxıstan 181,7 milyard dollar, Özbəkistan 57,9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızstan 8,5 milyard dollar nominal ÜDM-ə malikdir. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək”.
Zəngəzur dəhlizinin hazırki sahibi Ermənistan hökuməti  həm daxili, həm də xarici siyasətdə  böyük sıxıntılar yaşadığı  danılmaz faktdır. Hazırda daxildə baş verən etiraz mitinqləri və istədiklərini ala bilmədikləri xarici ölkələrin Azərbaycan- Ermənistan sərhədlərindəki məlum proseslərə ləng münasibəti dediyimizin isbatıdır.

 

 Adalet.az Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xarici mətbuata müsahibəsində xarici siyasətdəki boşluqları özündən asılı olmayaraq təsdiqləyib: “Türkiyə ilə dialoqun başlaması üçün müsbət siqnallar alsaq da, proses hələ də mürəkkəb olaraq qalır. Ankara yeni şərtlər təklif edir. Onların arasında Zəngəzur dəhlizi də var. Bu, ümumiyyətlə, müzakirə mövzusu ola bilməz. Dövlətlər öz əraziləri üzərində suverenliyini qoruyaraq, tranzitə icazə verməlidir”.


 P.S. Mütəxəssislərin fikrincə dəhlizin iqtisadi əhəmiyyəti ilə yanaşı, onun reallaşması bölgədə sülh və təhlükəsizliyin qorunub saxlanmasına da  töhfə verəcək.  Region üçün sülhün, sabitliyin, inteqrasiyanın qarantına çevriləcək Zəngəzur dəhlizi türk dünyasının birliyini gücləndirməklə yanaşı, regionda yaradılan yeni nəqliyyat imkanları hesabına Avropa ilə Asiyanın daha sıx birləşməsinə, bu məsələdə regionun geosiyasi əhəmiyyətinin artmasına səbəb olacaq, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək. 


Ermənistan yəqin ki, yaxın zamanlarda daşı ətəyindən tökəcək.


Əntiqə Rəşid