adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
27 Noyabr 2021 13:18
624
GÜNDƏM
A- A+

"Zəfəri möhtəkirlərin, təlxəklərin, "bloqer, ictimai sima" və ilaxır kimi sırınan bambılıların deyil"- Urvatsızlaşdırılan "Zəfər Zirvəsi"

 Bir vaxtlar  yəni təxminən 15-20 il əvvəl ölkədə qəribə bir tendensiya yaranmışdı  Azərbaycan Jurnalistlər Birliyinin jurnalistika səhəsində fərqlənən qələm sahiblərinə verdiyi «Qızıl Qələm» mükafatı   mərhum Oqtay Salamzadənin rəhbəri olduğu Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən kimə gəldi  təqdim edilirdi. 

Sonra bu proses başqalarının əlinə keçərək əməlli -başlı qazanc yeri tapdılar. Şəxsən tanıdığım “Qızıl Qələm”  mükafatçıları  var: heç bir təhsili olmayan Qaz-53 sürücüsü,  ancaq peşə təhsili olan, amma hazırda özünü “professional jurnalist” hesab edən, o cümlədən, kafedə “padavatçı”,  bazarda göy satan, mağazada yükdaşıyan işlərindən gəlmiş böyük bir fırıldaqçı dəstə jurnalistikaya gəldi və pul müqabilində  o mükafatı aldı , özlərini cəmiyyətə "əsl jurnalist kimi sırıya bildilər. Hazırda jurnalistika sahəsinin bərbad gündə olmasının bir səbəbi də məhz adıgedən mükafatın satılmasından qaynaqlanır.

 


Maraqlıdır ki, yenicə, “Qızıl Qələm” iflasa uğramışdı ki, indi də 44 günlük müharibədə əməyi olanlar üçün təsis edilmiş “Zəfər Zirvəsi” mükafatı jurnalistləri özündən rəncidə saldı.  Cəmiyyətdə bu mövzuya toxunmayan qalmadı. Prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə bir sıra iddialar irəli sürüb. O, instaqramda post paylaşaraq həmin tədbirin təşkilatçısının ünvanına ağır ittihamlar səsləndirib. Həmçinin, Tolik mükafata layiq görülən xanım blogerlərin -Əfruzə Əliyeva ( Apruza), Həmayıl Cəfərli (Hllyblog) və Mehin Oqtaylı (İconMekh) fotolarını paylaşıb, “bunlar (blogerlər- red) ölkədə nə işlə məşğuldur?!” yazaraq onların hansı nailiyyətlərinə görə mükafat aldıqlarını sorğulayıb..

 

 


Hətta müharibə. zəfər və digər nüanslarla əlaqəsi olmayanların “Zəfər ”mükafatına təqdim edilməsi ictimaiyyətdə böyük rezonans yaratdı. Yeri gəlmişkən  Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, "Şöhrət" ordenli Xalq artisti, professor İlham Namiq Kamal "Zəfər Zirvəsi" mükafatına layiq görüldü. Peşəkarlığına şübhəmiz yoxdu, amma mükafatla əlaqəsini anlaya bilmədik.

Mükafatın paylanmasına  tanınmış yazar Elçin Alıoğlu sosial şəbəkə hesabında belə bir status son nöqtəni qoydu:


“Ölkədə yeni "dəb" yaranıb. 
Az qala məhəllədəki baqqal dükanı da "Zəfər" mükafatları paylayır, təqdimat keçirir, sonra da arınmadan və utanmadan Suvorovun əsgərinin portyankası boyda "mətbuat üçün bəyanat"lar verirlər, fotolar paylaşırlar.
Tragikomediya o həddə çatıb ki, kimin necə və nəyin müqabilində “seçildiyi”nin bəlli olduğu “gözəllik müsabiqə”lərin təşkilatçıları da bu işə daraşıblar.


Yaxşı, bu möhtəkirlərin və manıs şüurluların davranış motivasiyasını anladım.
Orada "mükafat" alıb dişini ağardaraq kamera qarşısına keçənləri də başa düşməyə çalışdım.
Bəs cəmiyyətdə tanınan, az-çox çəkisi olanlara nə gəlib belə bayağı, ucuz mərasimlərə qatılırlar?
Zəfəri möhtəkirlərin, təlxəklərin, "bloqer, ictimai sima" və ilaxır kimi sırınan bambılıların deyil - o Zəfəri qazananların, can və qan bahasına qələbə əldə edənlərindir”.

P.S. Övladı  qədər böyük  təmkin, qəhrəmanlıq göstərən, dəfn olunan oğlundan geriyə qalan bayrağı bağrına basan: “Qürurluyam, oglum qəhrəmandır” deyən analar, atalar var,  o mükafatı almağa vicdanınız necə qıydı,  layiq olmayanlar? Xalq artisti Habil Əliyev demiş, verdilər, verdilər, sən niyə aldın? Heçmi utanmadın?


 “Zəfər”adlı mükafatı  haqq etməyənlərə verənləri şiddətlə qınayıram! Haqqı olmadan alanlara isə “ayıb olsun” deyirəm.

 Böyük təəssüflə Əntiqə Rəşid