adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Dekabr 2021 13:43
1209
İDMAN
A- A+

Benzema "Liverpul"a keçə bilər

“Real” hücum xəttini gücləndirməyi planlaşdırır.

Adalet.az “El Nacional”a istinadən xəbər verir ki, Madrid klubu ya Dortmund “Borussiya”sından Erlinq Haalandı, ya da PSJ-dən Kilian Mbappenin transferini gündəmdə saxlayıb.

Bu keçidlərdən biri alınsa, Kərim Benzemanın “Real”dan ayrılacağı gözlənilir. Fransız hücumçu ilə PSJ və “Liverpul” yaxından maraqlanır. Ancaq “Real”ın PSJ-ni Avropada əsas rəqibi saydığından klub prezidenti Florentina Peresin Benzemanı Paris təmsilçisinə satmayacağı qeyd olunub. Buna görə də Benzemanın “Liverpul”a keçidi daha real görünür. Futbolçunun özünün də Premyer Liqada oynamaq istəyi olduğu bildirilib.

Qeyd edək ki, 34 yaşlı futbolçu bu mövsüm "Real"ın heyətində 19 oyuna 17 qol vurub.(qol.az)