adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
03 Dekabr 2021 14:05
776
İDMAN
A- A+

Mahir Çexiya klubunun diqqətində

Azərbaycan millisinin "Legiya"da çıxış edən üzvü Mahir Emreli klubdan ayrıla bilər. 

Adalet.az xəbər verir ki, bu barədə Çexiyanın efotbal.cz saytı məlumat yayıb. Bildirilib ki, əgər Varşava təmsilçisi növbəti mövsüm üçün avrokuboklara vəsiqə qazanmasa, 24 yaşlı hücumçu yayda komandanı tərk edəcək. 

Xəbərdə o da qeyd olunub ki, Mahirlə "Slaviya" (Praqa) yaxından maraqlanır. Klubun məşqçi heyəti futbolçumuzun oyununu izləyib və bəyənib. 

Qeyd edək ki, Mahirin "Legiya" ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. 

Əlavə edək ki, "Legiya" hazırda Polşa çempionatında 12 xalla 16-cıdır.