adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Dekabr 2021 16:03
857
MƏMLƏKƏT
A- A+

Qarabağ və Şərqi Zəngəzurda heyvan xəstəliklərindən azad zona yaradılır

Azərbaycandan diri heyvan və heyvan mənşəli məhsullarının ixracının təşkil edilməsi məqsədi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bir hissəsində heyvan xəstəliklərindən azad zonanın yaradılması üzrə işlər aparılır.

Adalet.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən UNEC İqtisadi Forumunda deyib.

"Bu işləri Kənd Təsərrüfatı Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirir. İndiki halda Füzuli rayonu ərazisində giriş karantin nöqtələri yaratmaqla əraziyə gətirilən bütün heyvanların identifikasiya edilməsi, baytarlıq norma və qaydaları gözlənilməklə yerləşdirilməsi və saxlanmasının həyata keçirilməsi planlaşdırılır”, - nazir bildirib.