adalet.az header logo
  • Bakı 28°C
04 Dekabr 2021 19:15
723
DÜNYA
A- A+

Keçmiş prezident Putinin partiyasına sədr seçildi

Keçmiş prezident Dmitri Medvedev yenidən hakim "Vahid Rusiya" Partiyasının sədri seçilib.

Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, D.Medvedev partiyanın bu gün keçirilən qurultayında səsvermədən qalib ayrılıb.

Qeyd edək ki, Medvedevin namizədliyini partiyanın Ali Şurasının sədri Boris Qrızlov təklif edib.

Dmitri Medvedev Rusiya Təhlükəsizlik Şurasının sədr müavinidir. O, 2012-ci ildən bəri Vahid Rusiya" Partiyasına rəhbərlik edir.

Partiya sədrinin səlahiyyət müddəti 5 ildir.

D.Medvedev 2008-2012-ci ilərdə Rusiya federasiyasının prezidenti olub.