adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Aprel 2015 13:17
47698
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.

"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status

                                                                  

                                                                       ***

Rauf Arifoglu: "Eləmədiyimiz inqilab qalmadı. Amma rejimi dəyişəmmədik)))”.


                                                                        ***

Rza Rzayev: "Siyasətçi və əsl sənət insanının fərqi.- Siyasətçilərin işi insanları idarə etməkdi, kobud desək, aldatmaq, əsl sənət insanının işi- insan yartmaq, kobud desək , olmayan insanı, daha yaxşısını kəşf etmək!


                                                                         ***

Eliş Elkaponi: "Həyat get gedə mənasızlaşır. Amma bilmirəm niyə!!! Səbəbin bilən var görəsən????”.


                                                                         ***

Tünzalə Xəlilova: "İçimizdə saxladığımız, bəzən də basdırdığımız duyğularımızı zaman keçmədən göstərməliyik. Gözlərinin içinə baxıb, gülümsəyərək, onların qiymətini, böyüklüyünü onlara həyatdaykən hiss etdirməliyik. Sevdiklərinizə zaman ayırın,sabah gec olar bilər. Ən dəhşətlisi isə bunları bilib də əməl etməməkdir”.


                                                                          ***

Günəş Hüseynova: "Deməli, şəhərə çıxırsan, kurtka geyinəni kim, palto geyinəni kim, pencək geyinəni kim. Hətta, bəziləri pencəyini çıxarıb əlinə alıb. Şəxsən mənə görə hava hələ soyuqdur. Bunlar necə üşümürlər, anlamıram. Kim necə istəyir, elə də geyinir”.


                                                                          ***

İlham Quliyev: "Allah bizlərə facebookda Mikayıldan, onun "Sevimli şou"sundan statuslar yazılmayan bazar ertələri qismət etsin! Dostlar, muğam müsabiqəsində bu cür gözəl ifalar nümayiş olunarkən o verilişə niyə baxırsınız ki, status da yazmaq məcburiyyətində qalırsınız)))”.


                                                                         ***

Farahim Qasımov: "İndicə polis zəng vurdu.. Bakıda disko barda oğlan qızın silikon dodağını dişləyib, silikon partlayıb, təcili yardım çağırıblar”.


                                                                        ***

Elnur Elturk: "Təhsili olan olmayan milləti, istənilən tərəfə sürmək və istiqamətləndirmək asandır...”.


                                                                        ***

Aysel Vəlizadə: "İnsanlar nece maraqlı olublar basqalarının həyatına. Kim nə etdi, nə dedi, nə iş gördü.. Başınızı asağı salıb öz həyatınızı yaşasanıza! Onun - bunun işinə burnunu salmaqla ömürlərini keçirib, öz həyatlarından da zovq ala bilmirlər”.


                                                                        ***

Nazilə Səfərli: "Bəzi insanlar eqoıstliyi ucbatından gözəl insanların yaxşı əməllərini görməzdən gəlir,amma Allah görür. Hər kəsın dəyərini Allah versin!..".


Sübhan Mahmudlu