SON DƏQİQƏ:

"Facebook gündəliyi"

  44914   |  
Şriftin ölçüsü  

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.


"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status

                                                                      ***

Esmira Naxçıvanlı: "Pessimist yalnız tuneli görür, optimist tunelin sonundakı işığı görür, realist tunellə birlikdə işığı və gələn qatarı da görür. Ən maraqlısı da odur ki, daha məni heç nə təəccübləndirmir...”.


                                                                      ***

Eldəniz Elgün: "PAPADA yalan danışırsa mamadan nə gözləyək?)) 10 gün öncə rəsmi Vatikandan bildirildi ki, "soyqırım" söhbəti olmayacaq. Biz "ağıllı" müsəlmanlar isə toy-bayram etdik. Bu da bizə dini "tolerantlıq", "həmrəylik".PAPA papağını ortaya qoydu”.


                                                                      ***

Lalə Mirzəyeva: "Unutmaq istədiklərin üçün cablam ki, unudasan unudulması gərəkənləri zaman ozu unutduracaq”.


                                                                     ***

Seymur Qasımbəyli : " Azərbaycanda dolların məzənnəsinin qalxması avropalıların işinə yarayacaq. Olimpia oyunları zamanı gəlibəcəklər, 100 dollar xırdalayıb bütün ehtiyaclarını ödəyib, istədiklərini alıb gedəcəklər”.


                                                                       ***

Anar Turan: "Kim olursan ol, hansı vəzifədə olursan ol cəmiyyətin xeyrinə və ziyanına ilk nə addım atsan onunla xatırlanacaqsan ! Ondan sonra nə etsən birinci atdığın addımın yarlığı yaxandadır !”.


                                                                       ***

Şəbnəm Karslı: "Azərbaycanda iki ay yaşamış bir Türkiyəli qardaş elə bilib ki, bizdə qarpıza sabirabad deyirlər”.


                                                                       ***

Aysel Əlizadə: "Fen şuy fəlsəfəsinə görə yatağını yığmayan, evdarlığı olmayan, töküntülü adamların əksərən ruzusu olmur, şansları gətirmir. Çünki dağınıqlıq özlüyündə neqativ haldı və mütləq neqativlik ötürür. Buna görə də belə adamların işləri həmişə çətinə düşür. Bunu oxuyanda tanıdığım imkanlı, uğurlu adamları xatırladım. Gerçəkdən xarakter olaraq düzənli, təmizkar, evdardılar. Bu işlərə zaman çatmadığı halda hər şeyə nəzarət edən köməkçiləri, işçiləri mütləq olur. Hər şey yerli yerindədi. Evlərində qırıq, xarab heç nə ola bilməz, ürəkləri partlayar. Bütün ev sahmanlı, qaydasında olmalıdı. Qırıq qapı, xarab duş, nə bilim yanmış lampa, evdə həll olunmamış problem ola bilməz! Alverçiləri demirəm, tanıdığım uğurlu biznesmenlər, siyasilər, iş adamları hamısı səliqəlidi. Bu qaydayla da işlərini yoluna qoyublar”.


                                                                       ***


Xana Yusifli: "Fikrimcə insanın düşüncəsi,əxlaqı,mədəniyyəti ,tərbiyəsi düzgün yolda olarsa,heç bir qeyri əxlaqi klip,film və s.. onu yolunu dondərməz..
pisi və yaxşını görə bilər hər kəs ,ama pisdən yaxşı dərs alarıq ,əgər istəsək. yaxud əksinə”.


                                                                       ***

Sənan Nəcəfov: "Facebookda biri status yazır:
-Məni təbrik edin. çox xoşbəxtəm. 4 qızdan sonra oğlum oldu
- təbriklər,... gözünüz aydın, atalı-analı böyüsünlər...-alqışlarındna sonra belə bir sual verilir:
-kimə oxşayır?
sualı tam anlayan atanın cavabını çox adam başa düşmür. O isə çox sadə dillə deyir:
- Hələ üzünə baxmamışıq”.


                                                                       ***

Murad Köhnəqala: "Bir də yazım: müxalifət mətbuatında mövcud hakimiyyəti illərlə tənqid eləsəm də, indiyə qədər YAP-çılar tərəfindən heç vaxt ünvanıma ədəbsiz söz eşitməmişəm. Ancaq özlərini müxalifət, demokrat adlandıranları tərbiyəsizliklərinə görə blok eləməkdən yorulmuşam...”.


Sübhan Mahmudlu

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK