adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Aprel 2015 15:59
52828
RUBRİKA
A- A+

“Qərarım YAP-ın qərarı ilə eyni olacaq”- Müsahibə

2015-ci il seçki ilidir. Müstəqil Azərbaycanın Milli Məclisinə sayca 5-ci seçkilər keçiriləcək. Artıq seçki dönəminin başlamasına müəyyən müddət qalmasına baxmayaraq müəyyən aktivlik müşahidə olunur.

"Ədalət” qəzeti qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar millət vəkilləri ilə onların 5 illik fəaliyyətini dəyərləndirir. Mandatını qazandıqları seçicilərin ümidlərini nə dərəcədə doğruldub doğrultmadığını deputatlar özləri qiymətləndirir.

Beləliklə "Mandat” Rubrikasının bugünkü qonağı 51 saylı Qusar seçki dairəsinin millət vəkili Azər Badamovdur.

-Azər müəllim, beş illik Milli Məclis fəaliyyətinizi necə dəyərləndirirsiniz?

-Əvvəla qeyd etmək istəyirəm ki, Milli Məclisdəki fəliyyətimə özüm özümə dəyər versəm düzgün olmaz. Çünki, Milli Məclis seçkili orqandır və düşünürəm ki, hər bir millət vəkilin fəaliyyətini onun təmsil etdiyi siyasi prtiya və seçiciləri tərəfindən dəyərləndirilməlidir. Mənim fəaliyyətimə də YAP və seçicilərim tərəfindən verilən dəyərlə razıyam. Həm də qısa olaraq qeyd etmək istəyirəm ki, 5 ilə yaxın müddətdə Milli Məclisin üzvü kimi qanunların qəbul edilməsində, dövlətin ictimai- siyasi tədbirlərində maksimum iştirak etmişəm və seçicilərimə daha yaxın olmağa çalışmışam.

-Bu müddət ərzində hansı problemin həlli sizi daha çox sevindirib?

-Ümumiyyətlə seçicilərimi narahat edən hər bir problemin həll olunması məni bir millət vəkili olaraq sevindirir. Təbii ki, bu müddət ərzində seçildiyim dairədə həm səyyar, həm deputatın qəbul otağında çoxlu qəbullar keçirmişəm. Hər bir qəbulda qaldırılan bütün məsələlərə diqqətlə yanaşılaraq müsbət həlli üçün müəyyən qurumlarla əlaqə saxlanılmış, parlament iclaslarında hökumət üzvülərinin qarşısında həlli vacib məsələlərlə bağlı çıxışlar edərək nəzərlərinə çatdırılmış və yazılı deputat sorğuları göndəırilib. Hökumət üzvülərinə və müvafiq qurumlarına bütün müraciətlərimə operativ yanaşdığı üçün fürsətdən istifadə edərək təşəkkürümü bildirirəm. Sizin sualınıza konkret cavab olaraq bildirmək istəyirəm ki, ucqar dağlıq ərazidə yerləşən Kican kəndində orta məktəbin tikintisinə daha çox sevinmişəm. Seçki qabağı Kican kəndində görüş keçirdiyim zamanı seçicilərimin xahişilə məktəbin vəziyyəti ilə tanış olmuşdum. Milli Məclisə seçiləndən sonra Rayon İcra Hakimiyyəti ilə məsələni müzakirə etdik və rayonun sosial iqtisadi inkişaf planına salınaraq tez bir zamanda Kican kəndində yeni müasir məktəb tikilib istifadəyə verildi. Fürsətdən istifadə edərək regionlara olan yüksək diqqətə görə ölkə başçısına seçicilərim adından minnətdarlığımı bildirirəm.

-Mandatını qazandığınız seçicilərin həll olunmamış problemi kimi nələri sadalaya bilərsiniz?

-Təbii ki, həyat inkişaf etdikcə gündəmə yeni həll olunmalı məsələlər meydana gəlir. Əsasən fərdi qaydada olunan müraciətlər qauna uyğun şəkildə maksimum dərəcədə öz həllini tapib. Amma rayonun sosial iqtisadi inkişafıyla bağlı bəzi məsələlər də gələcəkdə öz həllini tapsaydı daha yaxşı olardı. Məsələn, rayonda qazlaşmanın və yol infrastrukturunun yenidən qurulmasının başa çatdırılması kimi məsələləri qeyd etmək istəyirəm. Bununla yanaşı demək istəyirəm ki, son illərdə seçildiyim Qusar rayonun sosial iqtisadi inkişafıyla əlaqədar çoxlu layihələr həyata keçirilib və indi də davam etdirilməkdədir. Nəticədə Qusar respublikanın gözəl, inkişaf etmiş, müasirləşmiş regiona çevrilib.

-Qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətiniz varmı?

-Təbii ki,parlamentdəki hər bir deputat yenidən parlament üzvü olmaq istəyər. Milli Məclisin üzvü olmaq həm məsuliyyətli, həm də şərəfli işdir. Amma mən parlamentdə YAP-ı təmsil edirəm və qərarım da YAP-ın qərarı ilə eyni olacaq. Əgər təmsil etdim partiya mənə yenidən etimad göstərərsə və seçicilərim bunu dəstəkləyərsə təbii ki, yenidən seçilərəm və deputatlıq fəaliyyətimi davam etdirərəm.

-Azərbaycan Milli Məclisində aktiv olan millət vəkilləri azlıq təşkil edir. Hətta onlar barmaqla sayılacaq qədərdir. Bunun səbəbi nə ilə əlaqədardır?

- Sizin fikrinizlə o qədər razı deyiləm. Hər bir millət vəkili öz fəaliyyətini bacardığı qədər qurmağa çalışır və onun fəaliyyətini plenar iclaslarda edilən çıxışlarla dəyərləndirmək düzgün hesab etmirəm. Qeyd etmək istəyirəm ki, millət vəkillərimiz nəinki plenar iclslarda, həm də komitə iclaslarda, təmsil olunuğu beynəlxalq təkilatlarda və seçiciləri ilə işləməkdə, dövlət ictimai- siyasi tədbirlərdə fəaliyyət göstərirlər.

-Adətən millət vəkilləri ilə İcra Hakimiyyətiləri və ya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

- Azərbaycan Milli Məclisi hakimiyyətin üç qolundan biri olaraq qanuna uyğun şəkildə fəaliyyət göstərir və ölkəmizin sosial –iqtisadi inkişafında İcra Hakimiyyəti strukturları ilə birgə iştirak edir. Həmçinin regiondan seçilmiş millət vəkili olaraq mənim də Rayaon İcra Hakimiyyəti və digər orqanlarla sıx əlaqəm var. Demək olar ki, rayonda bütün tədbirlərdə iştirak edirəm, qəbullar keçirirəm, hər bir qəbuldan sonra rəhbərliyinin yanında oluram, seçicilərim tərəfindən qaldırılan müəyyən məsələlər ətrafında müzakirə aparırıq və həlli istiqamətində tədbir görülür. Həm də rayonun sosial –iqtisadi inkişafı ilə əlaqədar fikir mübadilələri aparırıq. Sualınıza cavab olaraq bildirmək istəyirəm ki, Yerli icra hakimiyyəti və strukturları ilə əlaqəli şəkildə fəaliyyət göstərirəm və heç bir problem ola bilməz. Xüsusilə qeyd etmək istəyirəm ki, bu günki Azərbaycanın sosial- iqtisadi, siyasi həyatındakı uğurların təməlində cənab prezdentin rəhbərliyi altında hakimiyyətin bütün qollarının sıx əlaqəli fəaliyyəti durur.

-Azərbaycan Milli Məclisini regionda yeri və rolu barəsində nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının Milli Məclisi nəinki regionda , hətta dünyadakı beynəlxalq fəaliyyətində öz rolu və hörməti olan bir orqandır. Milli Məclis dünyanın bir çox ölkəsi ilə parlamentlər arası dostluq qrupaları yaradaraq dünya parlamentariləri ilə sıx dostluq və qardaşlıq əlaqələri yarada bilib. Erməni vandalların ölkəmizə qarşı törətdiyi işgal və cinayətləri, soyqırımları haqıında məlumatları dünya parlamentarilərin diqqətinə çatdırılmasında Azərbaycan deputatları fəal iştirak edir, beynəlxalq təşkilatlarda qəbul edilən qərarlarda Azərbaycanınn mövqeyini yüksək tutaraq sözünü deyirlər. Həm də, Azərbaycan Milli Məclisi beynəlxalq parlamentariləri qəbul edir və bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparır. Mən, bir Milli Məclisin üzvü olaraq Azərbaycan Respublikasının Milli Məclisinin regionda yeri və rolunu, beynəlxalq fəaliyyətini çox müsbət dəyərləndirirəm və beynəlxalq siyasi arenada ölkəmizi layiqincə təmsil edən orqan hesab edirəm.

Ədil Ədilzadə