SON DƏQİQƏ:

"Yadların doğma sözü"

  46469   |  
Şriftin ölçüsü  

"Yadların doğma sözü” adı altında dünya xalqlarından seçmə hikmətli sözlərin bu dəfəki təqdimatında fransız atalar sözləri olacaq. Əvvəlcə bu xalq haqqında məlumat verək:

Fransızlar - Rusiya və Türkiyədən sonra Avropanın 3-cü ölkəsində yaşayan fransızlar, həmçinin  ABŞ və Kanada, keçmişdə Fransanın müstəmləkə və dominionu olmuş ölkələrdə də yaşayırlar. Əhalisi 66 milyondandan artıqdır. Fransız dilində danışırlar, əksəriyyəti katolikdir. Fransanın formalaşmasında keltlər (qallar, e.ə. 1-ci minilliyin ortaları), romalılar (e.ə. 3-1 əsrlər), sonralar vestqotlar, burqundlar, franklar və b. iştirak edib. Vahid fransız xalqı və dili təqribən 12-14 əsrlərdə formalaşıb.

Fransızlarlar tarixin yaddaşında təkcə dünyanı silkələyən inqilabları ilə qalmayıblar. Bu xalq dünya incəsənət və ədəbiyyatına böyük töhfələr verib. Dünyanın ən məşhur rəssamları, ədibləri məhz bu xalqdan çıxıb. Adları dünya ədəbiyyatına qızıl hərflərlə həkk olunmuş Viktor Hüqo, Aleksandr Düma, Mopassan, Onore de Balzak, Emil Zolya, Jan Jak Russo, Jül Vern, Alber Kamyu kimi yazıçıları, Rene Dekart, Blez Paskal, Volter kimi alim və mütəfəkkirləri, Qogen, Sezan, Ogüst Renuar, Eduard Mane, Klod Mone kimi rəssamları bu millətin nə qədər istedadlı olmasından xəbər verir. Amma fransız dahiləri təkcə yaradıcılıqda özünü göstərmir. Dünyanın ən qatı inqilabçıları, liderləri – Janna D ark, Napaleon Bonapart, Şarl de Qoll və başqaları da fransız xalqının hərtərəfli bir millət kimi yetişməsini göstərir. Fransa kinomatoqrafiyası və aktyorları - Alen Delon, Lui de Fines, Pyer Rişar, Jan Bilmando, Jan Reno, musiqisi - Patrisiya Kaas, Co de Sen, Edit Piaf həmişə dünya xalqlarının sevə-sevə izlədiyi və dinlədiyi qəbildəndir. Bir sözlə, fransız xalqı kef eləyir.   

Görək fransızların ataları nə deyir:

 

Aslanlar öz hekayələrini özləri yazmırsa, ovçuların nağıllarına inanmaq məcburiyyətindəyik.

Atı suya aparmaq olar, ona zorla su içirtmək olmaz.

Bir yanlışı haqlı çıxarmağa çalışmaq onu ikiqat böyüdür.

Sərvətini itirən insan çox şeyi, ümidini itirən hər şeyini itirər.

Böyük zəkalar birlikdə düşünür.

Canavar dumanlı havanı sevər.

Ehtiyac qaydaları özü yazar.

Eşq hətta eşşəyə də rəqs etdirər.

Eşq üçün tökülən göz yaşı və müharibədə tökülən qanın əvəzi olmaz.

Ən düzgün işləyən saat mədədir.

Ədalət topaldır, gec gələr.

Fürsətlər çıxmaqıdca qabiliyyətlər işə yaramır.

Gənclər ümidləri ilə, qocalar xatirələri ilə yaşayar.

Gözləməyi bilmək uğurun sirridir.

Gözəllik, hər kəsin öz gözündədir.

Hər şey sənə doğru gəlirsə, bəlkə sən tərs gedirsən.

İdeallar ulduzlar kimidir, onları tutmaq mümkün deyil, amma qaranlıq gecələrdə yolumuza onlar rəhbərlik edir.

Lap yaxşı – yaxşının düşmənidir.

Göy qurşağını görmək üçün yağışa dözmək lazımdır.

Sevgi və ölüm sərhəd tanımır.

Səs çıxarmayan və gurultu etməyənlər təhlükəlidir.

Sünbülün dolusu aşağı baxar, boşu yuxarı.

Sağlam olmaq varlı olmaqdan yaxşıdır.

Şöhrətpərəstlik yalançılığın anasıdır.

Təmiz bir vicdan qədər yumşaq yastıq yoxdur.

Tənbəllik çox zaman səbrlə qarışdırılır.

Vicdanın azaddırsa, Allaha inamın sonsuz olacaq.

 

Şəfiqə Şəfa


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK