SON DƏQİQƏ:

Onu hər kəs “Canlı işıqfor” kimi tanıyır – REPORTAJ

  111991   |  
Şriftin ölçüsü  

Xalid Musayev adını çoxları tanımayacaq. Azərbaycanda yeganə "Canlı işıqfor” kimi tanınan həmin şəxsdən söhbət gedir. 19 ildir bu peşə ilə məşğul olan Əmircan qəsəbə sakini ilk dəfə bu həvəsdən doğan fəaliyyətinə 1997-ci ilin noyabrın 27-dən etibarən başladığını söyləyir. Əslən qərbi Azərbaycandan olan Xalid Musayevin qardaşı Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biridir. Çəkiliş apardığımız qəsəbədə elə həmin ərazidə ilk dəfə avtomobil yağları satmaqla başlayan qəhrəmanımızın yolun kənarında kiçik bir obyekti də var idi. Daha sonra bu işlə bərabər Xalid üzərinə təmənnasız, lakin özünün dediyinə görə çox məsuliyyətli və hələ uşaqlıq illərindən arzusunda olduğu bir vəzifəni götürməyə qərar verir. Xalid Musayevin "canlı işıqfor” adını alması və bu işlə məşğul olmasının çox maraqlı bir tarixçəsi var. Səmimi və mehriban tərzi ilə bizi özünün iş otağına dəvət edib söhbətə başladı:

"Mən 97-ci ilə kimi bu yerdə yolun kənarında dayanıb avtomobil yağları satışı ilə məşğul idim. Hələ o vaxtlardan ağlıma belə bir ideya gəlməmişdən əvvəl yolun kənarında dayandığım üçün bəzən yolu keçə bilməyən uşaq və yaşlılara kömək edirdim. "Canlı işıqfor” adını da elə mənə həmin insanlar qoyub. Bir dəfə Aytən adlı kiçik bir qız yolun o tərəfində dayanmışdı və avtomobillər çox keçdiyi üçün yolu keçə bilmirdi və birdən həmin balaca qız məni "Canlı işıqfor” deyə səsləyib kömək istədi. Və ondan sonra bu adın məğzini dərk etdim və bu günə kimi bu işlə məşğulam. İllər sonra artıq yağ satışını dayandırdım və daha sonra bu iş otağı mənə verildikdən sonra burada həm də məktəbli ləvazimatları satmağa başladım. Bayramlardan birində hətta həmin ləvazimatları (dəftər, qələm çanta və s.) kiçik bir proyekt çərçivəsində yoldan keçən hər məktəbliyə hədiyyə olaraq vermişəm. Hal-hazırda isə nə yağ satışı ilə məşğulam, nə də məktəb ləvazimatları satıram. Sadəcə dünyada ən sevdiyim yeganə işimlə məşğul olan bir vətəndaşam”.


Qəhrəmanımızın iş otağında isə yol hərəkəti qaydalarına aid demək olar ki, hər bir element gözə dəyirdi. Otağın ümumi görünüşü həm də kiçik sinif otağını xatırladırdı. Nazirlik tərəfindən Xalid Musayevə verilmiş müxtəlif geyim formaları və həmçinin yol hərəkəti qaydalarına aid nişangahlar və lövhələr, o cümlədən işıqfor vəsaitləri otaqda yer alıb. O, bunların tədris prosesində əyani vəsait kimi istifadə olunduğunu söyləyir. Otaq da həm də hər həftənin şənbə günün könüllü olaraq uşaqlara yol hərəkəti qaydalarının tədrisini aparır. Bundan əlavə qəsəbədə, yaxınlıqdakı orta məktəblərdən də ona dəstək gəldiyini və digər tədris fənlərini həmin uşaq kollektivinə təmənnasız şəkildə öyrətmək istəyən müəllimlər mənə müraciət edib. Burada bəzi vaxtlar başqa fənlər də tədris edirik.

Yol polisi olmağı uşaqlıqdan bəri arzuladığını deyən Xalid hələ orta məktəbdə oxuduğu vaxtlarda sinif yoldaşlarına "Vaxt gələcək məni hər kəs tanıyacaq” deməsi onların gülüş hədəfinə çevrilmişdi. Qəhrəmanımız illər sonra həmin cümlənin real olduğuna inanır. Nəinki yerli, hətta xarici və dünyaca tanınmış "BBC”, "Cihan” və s. telekanallar Xalid Hüseynov haqqında videoreportajlar hazırlayıblar. Yerli mətbuatda da onun haqqında kifayət qədər informasiya və reportajlar var.



Bizimlə müsahibə zamanı bir fikri də yoldan keçmək istəyən insanlarda idi. İş yerini də hətta elə bir mövqedədir ki, otağın pəncərəsi birbaşa insanların keçdiyi həmin piyada zolağı olan hissəni hədəf almışdı. Reportaj hazırlayan zaman bir neçə dəfə müsahibəni yarımçıq qoyaraq yolda onun gözləyən balaca məktəbli və yaşlıları keçirmək üçün iş başına qayıtdığının şahidi olurduq. İllərdir öz peşəsinə olan sevgisindən danışan Xalid qeyd edir ki, dəfələrlə buna görə bəzi sürücülərlə mübahisəm yaranıb, hətta məni təhqir etdikləri hallar da yaşanıb, lakin mən onu bilirəm ki, bu işdə məni ruhlandıran vacib səbəblər var. Ən başlıcası isə yolun gördüyünüz bu hissəsində bir vaxtlar 13 məktəblinin avtomobil qəzası nəticəsində həyatını itirməsidir. Mənim olduğum 19 il ərzində bircə dəfə də olsun belə bir hadisə baş verməyib. Bəli, illərdir bu sənəti davam etdirirəm, çünki sevərək davam etdirirəm. Xalid - nə qışın qandonduran soyuğunu, nə də yayın qanqaynadan istisini tanımayan qəhrəmanımız bütün fəsillərdə yorulmadan və səbirlə öz işinin öhdəsindən gəlməyi bacarır.

-19 il təmənnasız "Canlı işıqfor” olmaq sizi nə dərəcə də motivasiya edir?

- Bu mövzuda danışarkən mən həmişə mətbuat nümayəndələrinə minnətdarlığımı bildirirəm, ümumiyyətlə ölkədə səsimin yayılmasında onların müstəsna rolu olub. Təbii ki, illərdir çalışmağım və zəhmətimin bu qədər maraq və səs doğuracağına şübhə etmirdim. 2007-ci ildə günlərin birində Suraxanı İcra Hakimiyyətindən mənə məktub gəldi və məni ora dəvət etdilər. İşimin və fəaliyyətimi dəyərləndirdiklərini bildirdilər. İcra başçısı İlqar Namazovun tapşırığı ilə mənə aylıq maaş verilməyə başlanıldı. Hal-hazırda 160 manat maaş alıram.


Əmək veteranı olduğunu söyləyən Xali Musayev 2-ci qrup əlilliyinə görə də aldığı məvaciblə və maaşla ailəsini dolandırır. 2 övladı var. Ümumiyyətlə fəaliyyətinin bir çox qurumlar tərəfindən, qeyri-hökumət təşkilatları tərəfindən dəyərləndirildiyini və həmin qurum rəhbərliklərindən ona tədbirlərlə bağlı və yeni işlə əlaqədar təkliflər gəldiyini qeyd edib: "Bakıda yerləşən iri şirkətlərdən aylıq 600 manat maaşı olan iş təklifləri almışam. Buna baxmayaraq mən onları qəbul edə bilməzdim. Çünki başqa bir işdə işləmiş olsam, qəsəbə sakinlərinin yol təhlükəsizliyi ilə bağlı məsuliyyətimdən əl çəkmiş olacaqdım. Mən bu yolda xidmətimə hörmətim və zəhmətimi dəyərləndirərək öz peşəmə sadiq qalmışam və qalacağam. Əgər başqa bir yerdə çalışmış olsam, bu gündəlik yoldan istifadə edən balaca məktəbli şagirdlərin və yaşlıların təhlükə ilə yenidən üz-üzə qalmalarına səbəb olacaq. Mənim də azyaşlı övladlarım var və onlar da məktəbə gedib-gəlirlər. Aylıq dolanışığıma görə isə həmişə şükür etmişəm.

"Nazirlə görüşəndən sonra həmin polis mənə zəng edib dedi ki...”

"Canlı işıqfor” adını qürurla daşıdığını və bu günə kimi bu ada qeyri-sadiqlik göstərmədiyi bildirəm Xalid Musayev təkcə adi vətəndaşların deyil, bəzən patrul xidmətinin əməkdaşlarının avtomobilini də saxladığı üçün buna görə bəzi çətinliklər yaşadığını söyləyib: Bir neçə dəfə bu halla rastlaşsam da, hər dəfəsində öz öhdəmə düşən işi gördüyümü onlara sübut etmişəm. Patrul nümayəndələrindən biri bir dəfə xidməti maşınlarını saxladığım üçün mənimlə rişxəndlə mübahisə etdilər. Onlar mənə deyirdilər ki, sən kimsən ki, bizi saxlayırsan. Mən isə öz iş vəsiqəmi onlara göstərib vəzifəmin bu olduğunu söyləmişəm. Daha sonra cənab nazir Ramil Usubovun tədbirlərindən birinə məni dəvət etdilər. Orada görüşümüzün fotoşəkili yayılandan sonra həmin polis mənimlə əlaqə saxlayıb dedi ki, sənin işinə hörmət edirəm, bundan sonra sənə yaşıl işıqdır.


Müsahibələrin sonunda Xalid Musayev onunla görüşməyə gələn hər bir qonağı ilə keçən maraqlı söhbətlərindən sonra onun fikir və istəklərini yazması üçün "Fəxri qonaq kitabçasını təqdim edir. Bu dəfə mən də həmin kitabçada öz imzamı qeyd etdim.

Rüfət Soltan




Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK