SON DƏQİQƏ:

“Şuşanı almışıq, artıq Ağdama doğru irəliləyirik” – DÖYÜŞ TARİXİ

  147205   |  
Şriftin ölçüsü  

"Rəssam həm də yaxşı psixoloqdur”

Azərbaycanın fəxr olunası qaziləri saysız-hesabsızdır. Onların Qarabağ savaşında göstərdiyi rəşadətləri haqqında dastan yaratmaq olar. Müxtəlif sənət sahibləri 92-96 illərdə könüllü olaraq vətən uğrunda gedən döyüşlərə qatılıb torpağımıza yağıların ayaq basmasına qarşı mübarizə aparıblar.

"Döyüş tarixi” rubrikamızın budəfəki qonağı isə ömrünü rəssamlığa həsr etmiş ehtiyatda olan zabit Bayram Bayramovdur.


Bayram Bayramov Bərdə Rayonunun Kətəlpara kəndində anadan olub. Ömrünü rəssamlıq sənətinə həsr edən zabitimiz əvvəlcə Əzim Əzimzadə adını daşıyan kolleci bitirib. Hərbi xidmətini SSRİ dönəmində Almaniyanın Maldenburq şəhərində başa vurduqdan sonra 92-ci ildə Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq Gizir kimi ordu sıralarına yazılıb. 4 illik səngər savaşları 96-cı ildə sona çatdıqdan sonra yenidən rəssamlıq fəaliyyətini bərpa edib. 2002-ci ildə təhsilini davam etdirmək üçün Bakı Rəssamlıq Akademiyasına daxil olub. 4 illik ali təhsili və həmin ərəfədə bu sahədə iş fəaliyyəti Bayram Bayramovun hərbi karyerasında bir müddət fasilə verməsinə səbəb olub. Lakin ürəyi həmişə vətən sevgisi ilə alovlanan müsahibimiz daha sonra 2013-cü ildə Bərdə Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsində işlədikdən sonra hərbiyə qayıdaraq ön cəbhədə fəaliyyətini davam etdirib.


Aprel döyüşlərində anbaan iştirak edib və həmin döyüşdə gənc əsgərlərimizə psixoloji dəstək göstərib. Bayram Bayramovun hərbi vəzifəsi psixoloqdur. Mətnin əvvəlində qeyd olunduğu kimi, onu bu vəzifəyə gətirən məhz rəssamlıq istedadı və illərin təcrübəsidir.

Qarabağ müharibəsi təəssüratlarının aprel döyüşlərində təkrarlanması onun düşüncələrində yeni tarix yazdığını və 4 günlük savaşın millətimizin əqidəsində və yaddaşında əvəzolunmaz patriotizm izləri qoyduğunu söyləyir.

Müsahibimlə görüşümüz çox da uzun çəkmədi, lakin net və əvəzolunmaz kəlmələr rəssamın bütün düşüncələrini və xatirələrini ortaya qoydu deyə bilərəm. Bu yazı jurnalist bacarığından daha çox birbaşa mənim aldığım məlumatların lokanikliyinin məhsuludur.

Müsahibim aprel döyüşləri başlayan gecə ön cəbhəyə ezam olunduğu günü xatırlayır: "Müharibədə nə ailə, nə gələcək planların heç birinin önəm daşımadığına əmin olursan, çünki başının üstündən keçə trasillər, 50 metr kənara düşən minamyotlar, gözünün alışdığı meyitlər nə qədər vacib sayılsa da, onların hərbçiyə heç bir qorxu və təhlükəsi olmamalıdır. Mən bunları illər əvvəl gözümün önünə gətirib hərbiyə yolanmışam. Ehtiyatda olan zabit kimi mənim üçün ən konfortlu şərait səngərdir. Səngərdə əsgərlərimizlə döyüşməyi savaşmağı üstün tuturam”.

Belə hallarda müharibə şokunu həm əsgə, həm də zabitlərin yaşaya biləcəyini qeyd edən Gizir Bayramov Talış kəndi istiqamətində gedən döyüşdə iştirak edib: "Həmin vaxt postlarda mövqe tutan əsgərlərimizlə görüşüb onlara ürək-dirək verirdim, onlara hər şeyin daha yaxşı olacağına inandırırdım. Bunu hər adam bacarmır. Mən psixoloq olmamışdan əvvəl bu sahədə təlimlərdə iştirak etmişəm. Əsgərlər heç vaxt psixoloqlardan çəkinmir. Batalyon komandirlərinin sərt olmağı onların vəzifəsindən irəli gələn halətdir, komandirlərin müavinləri isə hər zaman səngərlərə daha yaxın olmağı bacarmalıdırlar. Talış istiqamətində gedən döyüşlərdən birində yaralı bir əsgərin şok vəziyyətində olduğunu gördüm, yaxınlaşıb ona dedim ki, sənin belə olmağın düşməni sevindir, xəbərin varmı biz artıq Şuşanı almışıq, Ağdama doğru irəliləyirik. Bundan sonra həmin gənc əsgərin düşüncələri bərpa olundu, hətta irəli atılıb savaşa qatılmaq istəyirdi”.

Müsahibin bu söhbətindən sonra qürrələnməmək mümkün deyildi. Fəxarət hissini yaşamaq bəzən insanın tüklərini "biz-biz” edir. Həqiqət budur ki, bir qazi və ya veteranla müsahib olmaq filmə bənzəsə də, bu real hadisələr üzərində qurulub.



"Biz Rusiyaya qarşı vuruşurduq”

Erməni hərbi qüvvələrinin bazası şübhəsiz ki, Rusiyanın yardımı ilə qidalanır. Belə olan halda ordumuzun düşməndən azad etdikləri yüksəkliklərin itkisinin vacibliyi ruslar üçün də əhəmiyyətli sayılır. Azərbaycan ordusunun çox güclü olduğunu deyən qazi erməni ordusunun təkbaşına bizim heç cürə bacara bilməyəcəyini hər zalımın sonu olduğu kimi bir gün Ermənistanın da sonunun çatacağını fərəhlə dilə gətirir.

"Biz Rusiyaya qarşı vuruşurduq” - Qarabağ veteranı cümləsini belə bitirdi...

Rüfət SOLTAN


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK