SON DƏQİQƏ:

OLDUĞU KİMİ GÖRÜNƏN ADAM

  156145   |  
Şriftin ölçüsü  
... Biz uşaq olanda çoxları ona böyük hörmətlə yanaşırdılar. Çox qəribə idi ki, bu adam nə qədər istedadlı, nə qədər tanınmış və nə qədər də gözəl cərrah olasa da, bir o qədər sadə insandı. Kəndimizə gələndə onu böyük hörmətlə qarşılayardılar və hamı da haqqında sevgi ilə danışardı. Deyərdilər ki, Şəmil kişinin çörəyi halal olsun bu həkimə. O qədər sadə, o qədər səmimi insandır ki, kənddən kim yanına gedir, onu hörmətlə qarşılayır, qəbul edir və təmənnasız olaraq öz bacardığı yaxşılığı eləyir.
Əyyub Məmmədov Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. Yazımın əvvəlində qeyd etdim ki, hələ biz uşaq olanda onun haqqında böyüklərimizin danışdığı xoş sözlər əbədi yaddaşımıza həkk edilib. Bizim böyüklərimiz, xüsusən də atam Qismət kişi deyərdi ki, Əyyub kimi oğul bizim kənddə tək-təkdi. Vəzifədə olan çox həmyerlilərimiz var. Amma onun kimi ürəyi açıq, qəlbi açıq ziyalı yoxdur.
Bunu tək mənim atam deyil, kəndin seçilib sayılan ağsaqqalları deyərdilər. O ağsaqqallar onu da deyərdilər ki, biz özümüz Əyyub həkimin yanına gedəndə onun istiqanlılığından istər-istəməz sıxılırıq. O qədər səmimi, o qədər sadədir ki, müayinə eləyəndən sonra qapıya qədər özü bizi ötürür. Əyyub Məmmədov uzun müddət Beyləqan rayonunda cərrahiyyə şöbəsinin müdiri və Mərkəzi Xəstəxanının baş həkimi vəzifəsində çalışıb.
Bir balaca çətinliyə düşənlər və digər həkimlərdən ürəkaçan söz eşitməyənlər vaxt itirmədən Bəhmənlidən Beyləqana gedərdilər. Çox böyük ümid və inamla onun qapısını açardılar. Əyyub həkimin də qapısı nəinki həmyerlilərinin, bütün insanların üzünə açıq olub. Yəni bu kişi doğma qardaşı ilə yad adamı heç bir fərq qoymayıb. Yaxşı həkim olmaq olar, yaxşı cərrah da olmaq mümkündür. Ancaq yaxşı insan tam başqa bir şeydir. Əyyub həkim həm yaxşı cərrah olub və həm də təpədən-dırnağa işıqlı bir ziyalıdır.
Adətən kənar yerdə vəzifədə olan şəxslər öz el-obasına gec-gec gəlir. Ancaq Əyyub həkim ən yüksək vəzifədə işləyəndə belə Bəhmənlidə camaatın xeyir-şərində yaxından iştirak edib və bu gün də bu məziyyətləri ilə digərlərindən seçilir. Düzdür, bu gün də elimizdə, obamızda sayılıb seçilən insanlar var. Onların eləsi var ki, heç yaxın qohumunun yas məclisində iştirak eləmir. Amma Əyyub Məmmədov mindən çox yaşayış evi olan Bəhmənlinin elə bir xeyir-şəri yoxdur ki, orda görünməsin. Bunlar da hamısı onun ziyalılığından, dünya görüşündən və elinə-obasına olan sonsuz məhəbbətindən irəli gəlir.
O, çox zəhmətkeş ailədə dünyaya göz açıb. Atası Şamil kişi alın təriylə, zəhmətiylə uşaqlarını böyüdüb. Onlar 5 qardaşdılar - Əyyub həkim, Səyyub müəllim, Sirullah müəllim, Asif və bir də polis mayoru olan Məmmədhəsən müəllim. Bunların hamısı halal ocaqda halal çörək yeyərək böyüyüblər və bu gün də halal bir yol tutublar. O halal yol da onları həmişə işıqlı bir aləmə aparır.
Əyyub Məmmədov bu gün təqaüdçüdür və indi Bakı şəhərində yaşayır. Tibb elmləri doktoru və müxtəlif fəxri adlar daşıyır. Üstəlik də Əyyub müəllim jurnalistikaya, publisistikaya çox yaxın bir ziyalıdır və tez-tez dəyərli yazıları, məqalələri ilə dövrü mətbuatda çıxış eləyir. Bütün bunlarla yanaşı, Əyyub müəllim bu ahıl yaşında da elini-obasını yaddan çıxarmır. Ən azından ayda bir dəfə doğma yurdu Bəhmənliyə üz tutur. Və deyir ki, adam yaşlaşanda, qocalanda torpaq onu özünə çəkir. Bakıda yaşadığıma baxmayın. O torpağın, o yurdun hər bir ağacı, hər bir gülü, çiçəyi, izi, irziylə nəfəs alıram. Və darıxanda da ailəmi, nəvələrimi götürüb kəndə gedirəm. Bax, kəndə gələn kimi ruhum dincəlir, yediyim-içdiyim canıma yatır.
Əyyub həkim həmişə göründüyü kimi olan ziyalıdır. Onun elə bir qəlbi, elə bir ürəyi var ki, o gün işığı kimi tər-təmizdir. Mənim səhhətimlə əlaqədar olaraq dəfələrlə telefon açıb, hal-əhvalımı soruşub. Onun bu diqqəti və mədəniyyəti qarşısında özüm də bəzən utanıram. Çünki bu cür böyük ziyalını, böyük şəxsiyyəti, böyük ürək sahibini biz axtarmalıyıq. Çünki o, atam yaşında bir el ağsaqqalıdır. Bəli, Əyyub Məmmədov Bəhmənlinin həqiqətən də sayılıb-seçilən ağsaqqallarındandır.
Elə mən də içimdəki sevgini, məhəbbəti bildirmək üçün ürəyimdən keçənləri qələmə aldım. Təbii ki, mənim bu böyük ziyalı barəsində yazı yazmağımdan onun heç bir xəbəri yoxdur. Sadəcə olaraq, qəlbimin səsini, ürəyimin döyüntüsünü eşidib bu yazını yazdım. Çünki böyük Cabir Novruz çox gözəl deyib: "Sağlığında qiymət verin insanlara". Biz də yaxşı insanların, yaxşı adamların yaxşılığını sağlığında deməliyik ki, başqaları da onlardan nümunə götürsünlər və insanlara yaxşılıq eləsinlər...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-11-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK