SON DƏQİQƏ:

Ziyafət Əsgərov: "Layihədə Milli Məclisin hansı hallarda buraxıla biləcəyi göstərilib"

  130715   |  
Şriftin ölçüsü  
"Azərbaycanda 7 il əvvəl keçirilən referendumdan sonra ölkənin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatında xeyli dəyişiklik baş verib. Dövlət idarə etmə sisteminin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyət və prinsiplərinin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının daha da yüksək səviyyədə təyin olunması baxımından referendumun böyük əhəmiyyəti var”.

Bunu Adalet.az-a Azərbaycan Milli Məclisinin birinci vitse spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib. Z. Əəsgərov qeyd edib ki, Referendum Aktına layihəsində Milli Məclisin səlahiyyətləri azalmır, əksinə parlamentin normal fəaliyyətdə işləməsi üçün yeni mexanizm təklif olunur: "Fövqəladə hal baş verdikdə parlamentin fəaliyyəti iflic vəziyyətə düşməsin deyə prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verilir. Layihədə Milli Məclisin hansı hallarda buraxıla biləcəyi göstərilib. Məsələn, Milli Məclis eyni çağırış bir ildə iki dəfə Azərbaycan Nazirlər Kabinetinə etimadsızlıq göstərərsə, buraxılacaq”.
Z. Əsgərov bildirib ki, yaxın gələcəkdə Milli Məclisin buraxılmasını güman etmir.
O, Azərbaycan xalqının Referendum Aktını dəstəkləyəcəyinə əmin olduğunu vurğulayıb.
Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib. Bu gün Konstitusiya Məhkəməsinin iclasında akta rəy verilib və sabah Mərkəzi Seçki Komissiyasının bununla bağlı iclası keçiriləcək.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK