SON DƏQİQƏ:

CAMAL KİŞİNİN ƏHVALATLARI

  86005   |  
Şriftin ölçüsü  
... Gözlərini kəndin döşündəki laləzarlığa zilləmişdi. Elə baxırdı ki, sanki onun bu gözəlliyə sonuncu dəfə baxışı idi. Camal kişi kənddəki bu gözəllikləri çox görmüşdü. Deyirdi ki, Kəlbəcərdə gözəldi, Laçında qəşəngdi, ancaq Bəhmənlidəki laləli düzənliyin öz gözəlliyi var. Bu lalələrə baxanda kənddəki gözəl, qəşəng qızlar yadıma düşür. Və birdən elə bilərsiniz ki, Camal kişi şorgöz adam olub. Əsla! Sadəcə olaraq Camala kişi çox zarafatcıl, duzlu, yumoru sevən bir insan idi. Kimsə onunla bir kəlmə kəsəydi, söhbətindən doymazdı. Elə ki, Camal kişi danışardı, onun ətrafına yaşlı insanlarla yanaşı, uşaqlar da yığışardılar. Camal kişi danışardı, başına toplaşan adamlar isə gülməkdən uğunub gedərdilər...
... Bir dəfə Yüsür kişinin qoruduğu çəkillikdə o, bizimlə rastlaşdı. May ayı idi. Bir çoxları bu çəkillikdən gəlib yarpaq yığırdılar ki, ipəkqurduna versinlər. Yüsür kişi də hər adamı bu bağa buraxmazdı. Camal kişiyə gələndə bir söz deməzdi və əlindəki çubuğu biz uşaqları tərəfə silkələyib çıxıb gedərdi. Bu da o demək idi ki, əgər biz yarpağı yığardıqsa, yaxud da dəhrə ilə budaqları kəsib ipəkqurduna yedirtsəydik, bax onda Yüsür kişi bizim dədəmizi dalımıza şəlləyərdi. Elə bu ağacı da biz uşaqların gözünü qırmaq üçün siləkələyərdi...
Camal kişi bir qədər tut ağacının yarpağından yığıb torbanı doldurandan sonra bir-bir ətrafına toplaşan uşaqlarla məzələnərdi. Bizimlə qohum olduğuna görə, bir o qədər mənimlə zarafatlaşmazdı. Deyərdi ki, mənim bu qohumumun nənəsi ələngə sümükdü, ondan bir şey çıxmaz. Amma Tubunun oğlu Dilavərə, Bahadurun oğlu Rəfaelə, Bayramın oğlu Uğura əməlli-başlı "ilişərdi". Deyərdi ki, maşallah olsun, sizin nənələriniz göyçək Fatmadan da qəşəngdi. Canları yanmışların əndamından qan damır, qolları, buxovları ağappaqdı. Adam baxanda istəyir ki, nənələrinizə canını qurban eləsin. Sizin nənələrinizin qadasın alım, onlara qurban olum, məni yaşamağa sövq edən sizin nənələrinizin gözəlliyidir, yoxsa Aftab xalanız kimi (Aftab Camal kişinin həyat yoldaşı idi) zalım qızıyla 60 ildi evliyəm elə bilirəm ki, taxta saxlayıram. Əl vuranda əlim elə bil taxtaya dəyir...
Camal kişi danışanda heç vaxt gülməzdi. Ciddi görkəm alardı və biz güləndən sonra onun da bir balaca dodağı qaçardı. Bilmirdik kişi bu söhbətləri ciddi eləyir, yoxsa bizimlə zarafatlaşır...

***
Günlərin bir günü Camal kişi xəstələnib yatağa düşür. Bu xəbər Bəhmənlidə hamıya çatır. Özü də deyirlər ki, Camal kişi elə xəstələnib çətin bir də o ayağa qalxa bilsin. Qonum-qonşular, yaxınları onu ziyarət eləyir. Camal kişinin kəsdiyi iki arvad da bu xəbəri eşidib ona baş çəkirlər. Gələndə görürlər ki, Camal kişi yataqda uzanıb və güclə danışır. Arvadı Aftab da dəsmalı isladıb tez-tez onun dodağına vurur ki, susuzluqdan dodağı qurumasın. Hər iki arvad çox gözəl idi. Camal kişi eşidəndə ki, kəsdiyi arvadın ikisi də onun yanındadı, gözünə işıq gəlir. Və başlayır yavaş-yavaş onlarla danışmağa. Arvadın hər ikisi onun üzündən öpürlər. Onu öpəndən sonra Camal kişi bir az da dirçəlir, ürəyinə təpər gəlir və mütəkkəyə dirsəklənib bir balaca yuxarı qalxır. Solmuş gözləri arvadlara tərəf dikilir və deyir:
- Nə yaxşı gəlib çıxdınız, yoxsa Əzrayıl məni götürüb aparmışdı. Hər ikinizə vəsiyyət eləyirəm: mən öləndə gəlib ikiniz də məni qıdıqlayarsınız. Bax, siz məni qıdıqlayan kimi mən də durub ayağa sizi qucaqlayacam. Bunu eləməsəniz ha, bilin ki, o dünyada da sizinlə barışmayacağam.
Bir neçə gün keçir Camal kişi rəhmətə gedir. Hər iki arvad ağlaya-ağlaya onlara gəlirlər və başlayırlar Camal kişini vəsiyyətini yerinə yetirməyə. Yəni kişinin meyitini qıdıqlayırlar. Ha qıdıqlayırlar, qıdıqlayırlar, Camal kişinin qıdığı gəlmir ki, gəlmir. Sonra da hönkürüb ağlayırlar. Ağı deyə-deyə yada salırlar ki, ay Camal əmi, sənin vəsiyyətini yerinə yetirdik. Ancaq sən qalxıb bizi öpmədin. Biz sənin meyitinin də üzündən öpürük...

***
Camal kişi rəhmətə getməmişdən bir həftə qabaq kefinin saz vaxtı gəlir kəndin dəmir yolunun kənarındakı dükana. Dükançı Feyruza deyir ki, biz səninlə çox dostluq eləmişik, çörək kəsmişik, çətin gündə bir yerdə olmuşuq. Hətta balalarımız və nəvələrimiz bu dostluğu davam etdirirlər. Sənə də bir vəsiyyətim var. Ürəyimə damıb ki, bu yaxınlarda öləcəyəm. Amma mən öləndə bir yeşik arağı açıb qoyarsan dükanın qabağına, ürəyi istəyənlər də gəlib o araqdan içib mənə rəhmət oxuyarlar. Dükançı Feyruz dillənir:
- Ay Camal, axı biz müsəlmanıq. Müsəlman rəhmətə gedəndə ona ehsan verərlər, halva çalarlar. Sən də deyirsən ki, "bir kletka" arağı açım camaatın qarşısına qoyum içsinlər. Pula görə qızırğalanıb eləmirəm e, bir az camaatdan ar eləyirəm. Deyirəm bəhmənlilər buna görə səni yox, məni söyərlər.
Camal kişi gülümsəyir:
- A kişi, sənin nəyinə lazımdı. Bəhmənlilər deyəndə sən də de ki, Camal vəsiyyət eləyib; kim istəyir, ona müftə araq ver! Əgər bunu eləməsən ha, bax o dünyaya yanıma donuz sifətində gələsən.
Camal kişi də rəhmətə gedir. Dükançı Feyruz da onun vəsiyyətinə əməl eləyir: "bir kletka" arağı çıxarıb qoyur mağazadan çölə, Camal kişi ilə zarafatı olanlar gəlib o araqdan içib ona rəhmət oxuyurlar. Çünki Camal kişi həyatda heç kimə bənzəmək istəmirdi və dünyasını da dəyişəndə elə özü kimi dünyasını dəyişdi.
Qəbiristanlıqda onun başdaşının üstündə çox maraqlı bir şəkil həkk ediblər. Şəkildə başında buxara papaq və sifətində gülüş görünür. Bu da o deməkdir ki, yəni mən bu dünyanın hər tərəfini, hər üzünü görmüşəm və öz kefimi də çəkmişəm. Öləndə də gülə-gülə ölmüşəm...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-11-30
2021-11-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK