adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Oktyabr 2016 15:24
97062
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                        ***

Ceyhun Musaoğlu: "Dilimizə "Peşəkar vətənpərvər" ifadəsini daxil etməliyik. Vətənpərvərlikdə peşəkar olmaq vacibdir, əksi olanda qaş düzəltdiyimiz yerdə göz çıxarırıq”.


                                                                       ***

Günay Arda: "İnsanları sevdiyin boydasan..


                                                                      ***

Anar Turan: "Bəzilərimiz hələ də anlamırıq ki, Həzrəti Hüseyin hakimiyyət uğrunda mübarizə etməyib. 72 nəfərlə hakimiyyət ordusuna qalib gəlmək olarmı ? Hüseyin hələ Mədinədən yola düşəndə artıq bilirdi ki, o öldürüləcək. Amma bütün məsləhətləri qulaq ardına vurub getdi. Çünki o həmin yerə getməliydi və İslam ümmətini öz ölümüylə titrətməliydi. Onun çiynində böyük missiya var idi. O bu addımıyla Yezid qəsbkarlığını, cinayətkarlığını sübut etməliydi. Onun Kərbəlaya getməsi xalqın imdad səsləri və Yezid tərəfindən söndürülməkdə olan İslam işığının öz mənəvi qüdrəti ilə yenidən yandırılması idi. Bunu bütün sünni və şiə hədis mənbələri də təsdiqləyir. İmam Hüseyin nə ərəbin, nə farsın, nə türkündür. Hüseyin ümumbəşəri qəhrəmandır !”


             

                                                                       ***

Nuridə Nuriyeva:"İnsanın sahib olduğu ən müqəddəs duyğu imandır. Ama hər insan sahib deyil buna. Çox azdır imanlı dərin insanlar.. barmaqla sayılacaq qədər az...”.

                                                       


                                                                         ***

Vüqar Abbasov: "Nə qədər saxta təbəssüm, gülüş olar? Bilirsən e saxta olduğunu, ancaq dözməlisən, məcbursan”.


                                                                          ***

Zaur İbrahimli: "İqtisadi böhran futbol üzrə Azərbaycan millisinə çox müsbət təsir göstərib. Əsil post-neft dövrü davranış və nəticələr ortaya qoyur. Deysən başa düşürlər ki, nəticə olmasa, heç kim əvvəlki kimi onları sığallamayacaq. Bu münasibətlə milli furbolçularımızı və azarkeşləri təbrik edir, hər kəsi onların təcrübəsini məminsəməyə çağırıram”.


                                                                          ***

Sevinc Şabanova: "İnsanlara təbəssümnən cavab verməyi bacarın...”


                                                                          ***

Elçin Ali Xan: "Ay qardaş bu qızların ildə neçə dənə günü olur e? Günümüzü qara etməkləri az deyil, hələ hər gün də bayramlarıdır. Yazıq kişilərin bir dənə də olsun günü yoxdur. Bu qədər də ədalətsizlik olmaz axı”.


                                                                         ***


 Əminə Əli: "Hal-əhvalını tutmaq üçün kiməsə yazırsan və təəccüblənir.Çünki nə pul istədin,nə hansısa paylaşımını bəyənməsini,nə toyuna çağırdın,nə də ki,işin düşdü.Çox soyuqqanlı olmuşuq...”.


                                                                       ***

Nəriman Zeynal: "Qızın qolundan tutub eskalatora elə mindirir, elə bilirsən ki, Mona Lizanın portretidir Luvr muzeyində yerdəyişmə edir”.


Sübhan Mahmudov